II Şuşa Qlobal Media Forumunda iştirak edəcək xarici media nümayəndələri Füzuliyə çatıb

Şuşada iyulun 20-22-də keçiriləcək II Qlobal Media Forumda iştirak edəcək xarici qonaqlar Füzuliyə gəliblər. SİA-nın məlumatına görə, qonaqları gətirən təyyarə Füzuli Beynəlxalq Aeroportunda enib.

Qeyd edək ki, “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçiriləcək forumda 50-ə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə