“Azərbaycan mediası kifayət qədər yenilənmə mərhələsi keçib“ - QURUM RƏSMİSİ BİLDİRDİ

“2020-ci ildən başlayaraq Azərbaycan mediası həm texniki , hüquqi, nəzəri baxımından kifayət qədər yenilənmə mərhələsi keçib. Texniki baxımdan transformasiya dövründə olduğumuzdan , Azərbaycan mediası da inteqrasiya olunub və bu proses də kifayət qədər uğurla keçib . Bugün Azərbaycanda ənənəvi media qurumları ilə yanaşı ( qəzetlər , jurnallar , televiziya , radio və.s) həm də onlayn media subyektləri ( media portalları və.s) digər medianın yeni tipləri uğur qazanaraq inkşaf edib .2020-ci ildən başlayaraq Azərbaycan mediası həm də Qanunvericilik bazası baxımından yenilənib. Bilirik ki, 2020-ci ildə media haqqında qanun qüvvəyə minib və bu qanun kifayət qədər mükəmməldir. Çünki müasir rəqəmsal transformasiya dövründə, həvəskar xəbər istehsalçıları,sosial şəbəkə istifadəçiləri ilə jurnalistlərin sərhədlərini müəyyən edib”. Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşviq Ələsgərli deyib.

Onun sözlərinə görə, 2020-ci ildə Azərbaycanda təkcə ənənəvi media qurumlarına dəstək verilirdisə , 20-ci ildən sonra bu yardım həm də onlayn media qurumlarına yardım göstərib və onlayn media subyektlərində kifayət qədər inkişaf yolu keçirilib. Buna görə də jurnalistikamızda həm iş yerləri çoxalıb ,həm də jurnalistlərin sosial , iqtisadi ,peşə hüquqlarının qorunması üçün kifayət qədər şərait yaranıb."Müasir dövrü biz karakterize etsək , media çox sürətli , inkşaf mərhəsindədir. Müsbət cəhət odur ki, Azərbaycan mediası həm öz simasını qoruyur, peşəkarlığını inkşaf etdirir, texniki baxımından yeniləşmə merhələsini keçir. Bütün bu mərhələlər , həm də medianın məzmun kontent yaradıcılığından öz əksini tapıb".

Ekspert qeyd edib ki, Azərbaycan mediası, Azərbaycan ictimaiyyətinin diqqətində olan bütün məlumatları toplayaraq çatdıra bilib: “Ən böyük uğurumuz ondan ibarətdir ki, Azərbaycan İnformasiya məkanı , Azərbaycan milli media subyektlərini , istehsal etdikləri xəbərlərlə doludur ,və bizim media subyeklərinin bu qədər fəal, aktiv görünmesi bizim media mekanımızı yad ünsürlərdən qoruyur bura: xarici , yad təsirlərə uyğun xəbərin axı - bazarı tutmasının qarşısını alır. Bugün Azərbaycanda alternativ informasiya mənbəyi inkşaf edir, sosial media seqmenti ,sosial şəbəkə platformaları da aktivdir. Təsadüfi deyil ki, bugün ölkə əhalisinin 50 faizinden çoxu sosial media istifadəçisidir".

“Azərbaycan media qurumları həm də sosial media platformalarında aktivdirlər və Azərbaycan sosial şəbəkə platformalarında yayımladıqları xəbərlər , Azərbaycan media subyektlərinin istehsal etdikləri xəbərdən ibarətdir. Bu baxımdan Azərbaycan media mekanı həm sosial seqmenti , media platformaları etibarlı xəbərlərlə doludur.Bu görə də ,Azərbaycan İnformasiya mekanı da qorunmuş , keyfiyyətli məlumatlarla tamamlanmış olur .

Azərbaycan dövləti milli medianın transformasiya dövründə uğurla inkişaf etməsi üçün dəstək göstərir. Azərbaycan qəzetləri , onlayn media subyektləri ,elektron audiovizual media subyektləri müəyyən mənada dövlət dəstəyi ilə əhatə olunublar ki, bu da onların yad maliyyə təsirindən qorunmasında , maliyyə qaynaqlarının şəffaf olmasına şerait yaradır. Belə deyək ki, bugün Azərbaycan milli dövləti ilə milli medianın əməkdaşlığı mövcuddur , bu da informasiya məkanımız və cəmiyyətimiz üçün çox faydalıdır”,- deyə o bildirib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə