Böyük Qayıdışın uğurla davam etdiyi göz önündədir - TƏHLİL

Ölkəmizdə Böyük Qayıdış proqramı çərçivəsində irimiqyaslı layihələrin həyata keçirildiyinin nəinki bizim hər birimiz şahidiyik, eləcə də bütün dünya əyani şahididir. Çümki Böyük Qayıdışın uğurla davam etdiyi göz önündədir. İşğaldan azad edilən ərazilərimizdə nəqliyyat, enerji və kommunal infrastrukturların bərpa edilməsi, eləcə də yenidən qurulması, ərazilərin dirçəldilməsi göz önündə baş verir və heç kim üçün gizli deyil. Şuşa, Zəngilan, Laçın, Ağdam və digər rayonlarla müxtəlif istiqmətli işlərin görülməsi, keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaları üçün fəal şəkildə hazırlıq prosesinin getdiyi də, bir çox köçkünlərimizin artıq öz ata-baba torpaqlarına geri qayıtdıqları da, orada firavan, rahat şəkildə yaşamağa davam etdikləri də bəllidir və görünən odur ki, Böyük Qayıdış proqramı uğurla davam etdirilir.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə böyük qayıdış” Birinci Dövlət Proqramının müddəalarına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 35 minə yaxın ailənin qayıtması və məskunlaşması üçün 2027-ci ilədək lazımi şəraitin yaradılmasının nəzərdə tutulduğunu xatırlatmaq yerinə düşur. Çünki qeyd olunan vaxta qədər müvafiq şəraitin yaradılması məqsədi ilə son illərdə həmin ərazilərdə işlərin necə intensivləşdiyinin də, həcminin artdığının da səbəbini bilmək üçün belə bir xatırlatma tamamilə məntiqidir. Onu da xatırladaq ki, bu vaxta qədərki müddət, dövr ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ilkin nəqliyyat, enerji, kommunal infrastrukturun formalaşdırılması istiqamətində böyük işlər görülüb və həmin ərazilərdə onlarla kilometr müasir yollar çəkilib, hələ də bu yolların çəkilişi davam etdirilir və eləcə də yüksək gərginlikli elektrik xətləri, yarımstansiyalar tikilməkdədir. Artıq qaz və su təchizatına başlanılıb, mobil və internet baza stansiyaları bərpa edilib, yanacaqdoldurma məntəqələrinə qədər tikilib istifadəyə verilib. Əlbəttə ki, bütün bu işlər həmin ərzilərimizdə artıq məşkunlaşan və bundan sonra da məskunlaşacaq vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə görülür. Yəni, görülən işlər Böyük Qayıdış proqramının uğurla başa çatdırılması üçündür. Heç şübhəsiz ki, işğaldan azad edilən rayonların bərpası, eləcə də Böyük Qayıdış üçün yaşayış evlərinin, o cümlədən sosial, inzibati və kommersiya obyektlərinin tikintisi, aqrar-sənaye klasterlərinin formalaşdırılması da gərəkir və bu istiqamətdə də işlər görülməkdədir. Görülən işlərin də məhz öz yurd-yuvalarına qayıdacaq vətəndaşlarımızın rahat yaşayışına, eyni zamanda işlə, eləcə də zəruri sosial və dövlət xidmətləri ilə təmin olunmasına, təhsil, tibbi xidmət və digər imkanlara malik olmalarına hesablandığı da bəllidir. Deməli, Böyük Qayıdışın uğurla və məqsədyönlü şəkildə davam etdiyi zərrə qədər də olsa şübhə doğura bilməz.

Günümüzün tələbi və ən vacib çağırışlarından biri işğaldan azad edilən ərazilərimizi bacardıqca tez bir zamanda bərpa etməkdir. Ona görə ki, öz ata-baba yurdlarından didərgin düşmüş vətəndaşlarımızın öz yurd-yuvalarına qayıtmalarına ən tez zamanda nail olmalıyıq. Bu istiqamətdə işlərin intensiv xarakter alması da bu baxımdan heç də təsadüfi deyil. Artıq bütün dünya ictimaiyyəti görür və başa düşür ki, Azərbaycan məhz öz ərazilərini işğaldan azad etmək, öz suverenliyini bütün əraziləri boyunca təmin etmək, öz vətəndaşlarını yurd-yuvalarına qaytarmaq üçün mücadilə edib və mübarizə aparıb. Bütün dünya müşahidə edir ki, işğaldan azad edilən ərazilərimizdə yeni dövr başlayır. Həm də onu müşahidə edir ki, Azərbaycan əraziləri artıq çiçəklənir. Məhz Böyük Qayıdış proqramı uğurla davam etdikcə işğaldan azad etdiyimiz ərazilərin günü-gündən gözəlləşdiyinin hər kəs şahidi olur. Bir vaxtlar ermənilər tərəfindən işğal edilən, elə onlar tərəfindən də dağıdılan, talan edilən ərazilərin necə abadlaşdığını, necə gözəlləşdiyini görməmək mümkün deyil. Bütün bunlar bizim milli maraqlarımızın təminatı deməkdir və Böyük Qayıdışın uğurla davam etməsi bu baxımdan cəmiyyətimiz tərəfindən bəyənilir, xoş qarşılanır və cəmiyyətimiz bütün bunlardan ruhlanır. Cəmiyyətimiz ona görə bu işlərdən ruhlanır ki, görülən işlərin məhz hamısının ölkəmizin daxili imkanları hesabına həyata keçirildiyini, eləcə də dövlətimiz tərəfindən böyük vəsaitlər ayrıldığını, belə bir potensiala sahib olduğumuzu cəmiyyətimiz əyani şəkildə müşahidə edir. Müşahidə edir ki, indi artıq işğaldan azad edilən ərazilərimizdə yeni dövrün tələblərinə cavab verəcək işlər görülür və bu işlər də məhz daxili imkanlar hesabına reallaşdırılır.

Cəsarətlə deyə bilərik ki, artıq Qarabağ və Şərqi Zəngəzura həyat qayıdıb. Çünki həmin ərazilərdə artıq bir sıra infrastruktur layihələri reallaşdırılıb, yaşayış üçün bütün imkanlar yaradılıb və yenə də yaradılmaqdadı. Yaradılan imkanlar da artıqlaması ilə, dörün tələblərinə uyğun olaraq reallaşdırılıb və bundan sonra yaradılacaq imkanların da ən yüksək səviyyədə olacağına əminik. Həmin ərazilərdə artıq bir neçə hava limanına qədər tikilib istifadəyə verilib və yenə də tikilməkdə olan hava limanı var. Bütün bunların reallaşması üçün Azərbaycan külli miqdarda maliyyə vəsaitləri xərcləyib, geniş həcmdə işlər görüb və görməkdədir. Hələ bundan sonra da görüləcək işlərin həcminin böyük olduğunu hər kəs çox yaxşı bilir. Yaxşı bilir ki, hələ bundan sonra işğaldan azad edilən ərazilərimizdə nə qədər görüləcək işlər var və onlar hələ qarşıdadır.

Görülən işlər, eləcə də görülməsi planlaşdırılan işlər əlbəttə ki, dövlətimizin, ölkəmizin qüdrətindən xəbər verir. Əldə olunan nailiyyətlər də, uğurlar da, bundan sonra nəzərdə tutulanlar da Azərbaycanın iqtisadi potensialının hansı səviyyədə olduğunu göstərir. Bunu bütün dünya çox yaxşı başa düşür. Hər halda bu qədər işlərin görülməsi, bu qədər vəsaitlərin xərclənməsi göz önündə baş verir və bunun nə demək olduğu hamıya bəllidir. Eyni zamanda o da bəllidir ki, Azərbaycan bu ərazilərin bərpasını həm də çətin bir şəraitdə, mina terroru ilə qarşı-qarşıya olduğu bir şəraitdə reallaşdırır. Bu fakt özü də ölkəmizin qüdrətinin, gücünün göstəricisidir. Eyni zamanda mövcud şəraitdə, yəni, mina terrorunun olduğu bir şəraitdə işlərin, quruculuq, abadlıq işlərinin aparılması ölkəmizin, xalqımızın Boyük Qayıdış əzmində olduğunu təsdiq edir. Yəni, qeyd olunan məsələ çətinliklər deməkdir və bu çətinliklər fonunda məhz məcburi köçkünlərimizin Qarabağ və Şərqi Zəngəzura, öz doğma torpaqlarına qayıtmaları ilə bağlı arzuları­nı reallığa çevirməkdə Azərbaycanın davam etməsi həm ölkəmizin və həm də xaqımızım quruculuq əzmini, dövlətimizin qüdrətini göstərir. Ümumiyyətlə, Ağdərədə, Xocavənddə, Xocalıda, ələlxüsus da Xankəndidə və işğaldan azad olunan bütün ərazilərimizdə bayrağımızın dalğalanması ölkə rəhbərimizin, Ali Baş Komandanımızın, cənab Prezident İlham Əliyevin qətiyyətinin göstəricisi hesab olunur. Bu isə onu deməyə əsas verir ki, Böyük Qayıdış uğurla davam edir və bundan sonra da uğurla davam edəcəyinə zərrə qədər də şübhə ola bilməz və xalqımız da bu prosesin sona qədər uğurlu olacağına böyük ümidlər bəsləyir. Xüsusən də bir-birinin ardınca məcburi köçkünlərin öz yürd-yuvalarına köçürülməsi, onların bundan böyük razılıq etmələri, Böyük Qayıdışın uğurla davam etdiyinin göz önündə olması həmin ümidlərin doğrulacağına qətiyyən şübhə yeri qoymur.

Müəllif: İnam Hacıyev

6.3.7. “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə