Müdafiə naziri cənub bölgəsində yerləşən hissə və birləşmələri yoxlayıb- FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti respublikamızın cənub rayonlarında yerləşən hərbi hissə və birləşmələrin döyüş hazırlığını yoxlayıb.
Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, noyabrın 3-də müdafiə naziri Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin qeyd olunan ərazilərdə keçirilən təlimini izləyib.
Məruzə olunub ki, xüsusi təyinatlıların döyüş hazırlığının yoxlanması və daha da yüksəldilməsi məqsədilə keçirilən təlimdə hərbi qulluqçular qarşıya qoyulan bütün tapşırıqları peşəkarlıqla yerinə yetirir. Hərbi Hava Qüvvələrinin, eləcə də Raket və Artilleriya bölmələrinin dəstəyi ilə icra olunan xüsusi əməliyyatlarda qoşun növləri arasında qarşılıqlı əlaqə yüksək səviyyədə təşkil edilir.
Sonra təlimin növbəti mərhələsinə uyğun olaraq tapşırıqların icrası nümayiş etdirilib.
Plana əsasən xüsusi təyinatlılar real döyüş şəraitində həqiqi döyüş sursatlarından istifadə olunmaqla açılan atəş altında irəliləyərək müdafiə olunan şərti düşmənə yaxınlaşıb, onun canlı qüvvəsini və atəş vasitələrini zərərsizləşdirərək dərinliyə doğru irəliləyiblər.
Təlimdə həmçinin yaşayış məntəqəsində döyüşün aparılması, şərti düşmənin dərinliyinə desant endirilməsi və pusqunun icrası, eləcə də hava yolu ilə qruplara təminatın çatdırılması üzrə fəaliyyətlər də icra olunub.
Təlimin gedişatını müsbət qiymətləndirən general-polkovnik Z.Həsənov xüsusi təyinatlılarla görüşüb, onların qayğıları ilə maraqlanıb və şəxsi heyət qarşısında çıxış edib.
Müdafiə naziri çıxışında xüsusi təyinatlıların Vətən müharibəsində, eləcə də son qarşıdurmalarda göstərdikləri şücaət və qəhrəmanlıq nümunələrinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Onların təminat-təchizatının, o cümlədən döyüş hazırlığının daha da artırılmasının daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.
onda general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunda qazanılan döyüş təcrübəsinin öyrənilməsi və müasir üsullarla keçirilən təlim-məşq prosesində tətbiq edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
İran PUA-ları bu ərəb ölkəsinə hücum edib
Dünya 22:26Mitsubishi-nin əlverişli, praktik SUV-u daha da gözəlləşdi...
Texnologiya 21:44Kim makaron yeməməlidir...
Maraqlı 21:35Mikroplastiklər havada üzür...
Sosial 21:14Yuxu pozaları qadınların dərisinə necə təsir edir?
Səhiyyə 21:05Ferrari-nin super krossoveri yeni səviyyəyə çatıb…
Texnologiya 20:43Astronom Burmistrov Günəşin “səsləri” haqqında danışdı...
Texnologiya 20:23ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...
İqtisadiyyat 19:43Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...
İqtisadiyyat 19:15Honda Civic, Toyota Prius və Ford Bronco Sport - hansı daha sürətlidir?
Texnologiya 18:54Moskvanın mərkəzi “ölüb”..?
Dünya 18:14Sabahdan bəzi rayonlarda hava yağıntılı olacaq
Sosial 16:43Filippində 6 bal gücündə zəlzələ
Dünya 16:07Kremldə çevriliş həyəcanı!
Siyasət 16:04Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirib
Sosial 15:49Özcan Deniz Bakını yenidən coşdurdu - FOTOLAR
Şou-Biznes 15:32Moskva İrəvan sammitinə necə reaksiya verəcək? - AKTUAL
Siyasət 15:08TƏBİB-in icraçı direktoruna yeni müşavirlər təyin olunub
Səhiyyə 14:46Aİ-dən TRIPP dəhlizinə sadiqlik nümayişi - AKTUAL
Siyasət 14:27İKT-də Qızlar Günü qeyd olunub - FOTOLAR
Sosial 14:09Ermənistandan avrointeqrasiya - RAKURS
Siyasət 14:04NİİM sürücülərə növbəti dəfə müraciət edib
Sosial 13:35Sabah Neftçala və Hacıqabulun bəzi kəndlərində qaz kəsiləcək
İqtisadiyyat 13:33Bizi mədəni davranmağa məcbur edən yalnız cərimə olmalıdır? -KÖŞƏ
Köşə yazıları 13:32Dronlar Moskvaya uçur
Dünya 13:08Yüksək səs - bağlı qapı, susqunluq - açıq qapıdır - HEKAYƏ
Ədəbiyyat 13:06Simonyan xərçəng xəstəsidirmi?
Dünya 13:05ABŞ Hörmüzdə əməliyyata başlayır
Dünya 13:02Sabah 23 dərəcə isti olacaq
Sosial 12:55İlham Əliyev: Bakı və İrəvan sülh gündəliyinə sadiqdir
Siyasət 12:53HƏMAS silahı yerə qoymaqdan imtina edir
Dünya 12:52Tehranın ABŞ-dan tələbi
Dünya 12:50İlham Əliyev Avropa Parlamentini tənqid edib
Siyasət 12:48Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9938
+0,02%
-
GBP
2,3097
-0,07%
-
RUB
2,2704
+0,19%



