Bu günlərdə sosial şəbəkələrdə yayılan bir video yenə də erməni xislətini açan əsas vasitə olduğu üçün buna münasibət bildirməmək əz azından qəbahət olardı. Köçünü, şələ-şüləsini yığıb-yığışdırıb torpağımızı tərk edən erməninin maşını sürüb rədd olarkən arvadını orada qoyub getməsi, arvadının da maşının ardınca qaçaraq hay-həşir salıb onu dayandırmaq istəməsi görüntüləri həqiqətən adamda ikrah hissi yaradır. Gör kimlərlə qonşuyuq, İlahi.

İlahi-pərvərdigar adam da arvadını yadından çıxara bilər? Sən başqasının torpağına soxul, orada yaşa, həmin torpaqda əldə etdiklərini yığ maşına, özün də ya sür, ya da sürücünün yanında otur, get, arvadın yadından çıxıb qalsın orada. Gülməlidir, bir, ikrah hissi doğurur, iki, erməni sədaqətsizliyinə bir daha əminlik verir, üç, namusun onlar üçün dəyərli olmadığını təsdiq edir, dörd, fikir-zikirlərinin oğurluqla topladıqları mal-mülk olduğunu göstərir, bu da beş...

Hələ dünya yaranandan bəlkə də belə gülməli hadisə yaşanmamışdı, desəm, səhv etmiş olaram. Çünki 2020-ci ilin 44 günlük Vətən müharibəsində də buna bənzər bir hadisə ilə qarşılaşmışdıq. Kəlbəcəri tərk edən erməni əsgəri evdəki unitazı da söküb özü ilə aparırdı. Bu həmin erməni idi ki, Cəbrayılda, Füzulidə, Xocavənddə, Ağdərədə tankı qoyub qaçmışdı. Maraqlıdır, deyilmi? Yəqin yadınızdadır, erməni əsgərinin unitazı qucaqlayıb maşına doğru getməsi. Deməli, bunlar dara düşəndə özləri üçün ən vacib olanları götürürlər. Tankı neyləyir ki, erməni əsgəri unitaz olan yerdə. Azərbaycanlıların sitəmindən sonra ona məgər tank lazım olacaqdı. Lazım olacaq unitaz idi, onu da qucaqlayıb maşına qoyub apardı.

İndi də arvad... Erməninin çox yəqin ki, maşında daşıdıqları arvaddan daha önəmli əşyalar imiş. Yoxsa erməni ölmüşdü ki, lazımlını qoyub lazımsızı apara. Axı onların tarixən bu xislətə malik olduqlarını görmüşük. Meymun kimi ortalıqda oynadılıb havadarlarının əsaslı köməyi ilə torpaqlarımızı işğal edəndən sonra yurd yerlərimizdən daşıdıqları haqqında hər kəs məlumatlıdır. Onlar qarabağlıların dişləri-dırnaqları ilə tikdikləri evlərin dam örtüyünü, qapı-pəncərəsini oğurlayıb satanlar deyilmi? Allahı tanımadan məscidlərimizin qapı-pəncərəsini çıxarıb satanlar deyilmi? Kəlbəcərin qızıl yataqlarını söküb talayan, dünya bazarına çıxaranlar deyilmi? Çinar meşələrini talayıb satıb-sovanlar deyilmi? Onlarla belə misallar gətirmək olar.

Onlar nəyi daşımağı, nəyin pula gedəcəyini çox yaxşı bilirlər. Bu səbəbdən də arvad yaddan çıxıb qalanda nə olacaqdı. Əsas maşına yığdıqları mənzilbaşına çatsın.

Görəsən qonşuluğumuzda yaşayan erməni zaman-zaman xalqımıza aid musiqi əsərlərini, çalğı alətlərini, rəqsləri oğurlayıb öz adına çıxanda, mətbəximizdən yemək növlərini oğurlayıb dünyaya özününkü kimi təqdim edəndə, xalçalarımızı oğurlayıb naxışlarımızı mənimsəyəndə, bunu Qarabağ torpaqlarının onların olduğunu təsdiqləmək üçün əldə fakt kimi saxlayanda nə yaxşı bizdən bir az da qeyrət, namus öyrənib arvadlarını özləri ilə aparmağın vacib olduğunu dərk etməyiblər?

Torpaqlarımızı işğal edib burada düz 30 il yaşamaqla deyil ki. Namusu, qeyrəti, var olanına sahib çıxmağı o torpaqlar özününkülərə pay verir. Deməli, 30 il sonra arvadı qoyub bu torpaqlarda gedirsinizsə, onu bir daha sübut edirdiniz ki, bu torpaqlar əsla sizin olmayıb. Yoxsa ən azından 30 ildə bir azca namus, qeyrət də qoparmış olardınız o torpaqlardan.

Saxla, maşını, erməni, saxla, arvadını da apar. Aparmırsan da, heç aparma. Sizlərdən fərqli olaraq bizlər başqalarının da arvadının. qızının, uşağının namusunu qeydinə qala bilirik...

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə