“Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonları idi”

İşğaldan azad olunmuş ərazilərdə geniş miqyaslı işlər aparılır. Yol və infrastrukturun bərpa edilməsi, həyat əhəmiyyətli obyektlərin tikilməsi və yaxud da yenidən qurulması, bir çox tarixi abidələrin, işğal dövründə dağıdılmış milli-mənəvi irsimizin bərpası ilə bağlı müəyyən işlər gedir. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib.

Onun sözlərinə görə, eyni zamanda da həmin ərazilərdə işğal dövründə kütləvi şəkildə minalar basdırılıb: “Bizə düşmən tərəfindən verilən məlumatlarda tək Ağdam rayonunda 97000 minanın basdırıldığını özləri bildirib. Yəni buna görə də minalardan təmizləmə asand bir proses deyil. Quruculuq işlərinin də həyata keçirilməsi üçün ilkin növbədə həmin ərazilər minalardan təmizlənməlidir. Bütün bu proseslər də müəəyən bir neçə ili əhatə edir. İlkin olaraq 2022-ci il üzrə Azərbaycanın dövlət büdcəsi tarixində ilk dəfə olaraq 30 milyarda yaxın dövlət büdcəsi layihəsi müəyyənləşdirilib. Silsiləli şəkildə ora dövlət proqramı çərçivəsində dövlət büdcəsindən investisiya, yatırım, yenidənqurma işlərinə vəsaitlər cəlb olunacaq”. Sözlərinə davam edərək bildirib ki, turizm potensialının inkişaf etdirilməsi ilə bağlı Sovet dövründən həmin o zonada iqtisadi rayonlar var idi: “Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonları idi. Həmin o ərazilər Sovet dövründə sənayiləşdirilmiş dövlət obyektləri, bundan başqa maldarlıq əkinçilik və heyvandarlıq sahəsində çox rentabelli ərazilər idi. Təəssüflər olsun ki 30 il ərzində biz bu məsələlərdən kənarda qaldıq. Eyni zamanda həmin ərazilər təbii ehtiyyatlar yatağı idi. Burada mis, civə, qızıl və bir çox təbii ehtiyatların yataqları mövcud idi. Həmin ərazilərdə bu işləri həyata keçirmək üçün ilkin olaraq texniki iqtisadi əsaslandırma aparılmalı idi. Düşünürəm ki münbit şərait mövcuddur. Həmin ərazilərin təbiəti, relyefi həmin ərazilərdə yerləşən istirahət mərkəzləri, təbii istirahət mərkəzləri mövcuddur. Eyni zamanda həmin ərazilər Azərbaycan mədəniyyətinin milli-mənəvi irsimizin bir çox abidələri orada mövcuddur. Tarixdə tapılmış ilk insan qalıqları da məhz Füzuli ərasində aşkarlanmışdır. Amma aparılacaq qurulucuq işlərindən öncə yollar bərpa edilməli və ərazilər tamamilə minalardan təmizlənməlidir. Həmin ərazilərə xarici və yerli investorların cəlb olunmasını təmin etməliyik. Keyfiyyətli və ucuz xidmətin təmin edilməsi istiqamətində işlər həyata keçirilməlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə