Apple düyməsiz iPhone təqdim edəcək...

iPhone-un 20 illiyi şərəfinə Apple düyməsiz smartfon buraxacaq.

SİA xəbər verir ki, bu barədə Weibo bloqunda tanınmış Instant Digital insayderi məlumat verib.

Apple-ın fiziki düyməsiz telefon yaradacağı barədə şayiələr bir neçə ildir ki, yayılır.

Instant Digital-ın son hesabatında texnologiya nəhənginin iPhone-un 20 illiyi - iPhone 20 üçün smartfon dizaynını kökündən dəyişdirməyə hazırlaşdığı iddia edilir.

Məlumata görə, yeni cihaz fiziki düymələrsiz buraxılacaq. İnsayder Apple-ın bərk vəziyyətdəki düymələrin - cihazın gövdəsində toxunma həssas sahələrin - toxunma reaksiyası olan sahələrin funksional sınaqlarını başa vurduğunu açıqlayıb.

Şirkət güc, səs, kamera və hərəkət düymələrini bu sensorlarla əvəz etməyi planlaşdırır.

9to5Mac jurnalistləri qeyd ediblər ki, Apple-ın yubiley şərəfinə unikal bir cihaz təqdim etməsi gözlənilir.

Onlar xatırladıblar ki, brendin ilk smartfonunun 10 illiyini qeyd edən ildə buraxılan iPhone X-də Home düyməsi və ekranda bir kəsik olmayan bir dizayn var idi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə