Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi” iştirakçılarının sayı artıq 25 minə çatıb.
SİA xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, layihənin 25 mininci iştirakçısı Bakı sakini Ceyran Gülverdiyevaya aktivlər verilərək onun üçün dərzilik üzrə kiçik biznes qurulub. Həmçinin layihənin 25 mininci iştirakçısı olması ilə əlaqədar ona sertifikat təqdim edilib.
Özünüməşğulluq proqramının genişləndirilməsində əhəmiyyətli rola malik olan, 2020-2025-ci illəri əhatə edən həmin layihə həssas qruplara (əlilliyi olan şəxslər, şəhid ailələri üzvləri, aztəminatlı ailələr və s.) aid şəxslərin istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini qurmağa dəstək məqsədi daşıyır.
Əvvəlcə 22 min işsiz şəxsi əhatə etməsi nəzərdə tutulsa da, layihənin uğurlu icrası nəticəsində 25 mindən artıq benefisiarın cəlb edilməsi nəzərdə tutulub.
Layihə iştirakçıları həmçinin Beynəlxalq Əmək Təşkilatının “Öz biznesini başlat və təkmilləşdir” proqramı əsasında maliyyə savadlılığı, proaktiv sahibkarlıq təfəkkürünün formalaşdırılması və s. üzrə təşkil olunan təlimlərdə kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlara yiyələnirlər.
Təlim və qiymətləndirmə mərhələsini uğurla tamamladıqdan sonra iştirakçılara istehsal və xidmət sahələri üzrə öz işlərini qurmaq üçün avadanlıqlar təqdim edilir. Həmçinin layihə üzrə qurduğu kiçik təsərrüfatlarını uğurla inkişaf etdirənlərə bizneslərinin genişləndirmək üçün əlavə dəstək göstərilir.
“Məşğulluğa dəstək layihəsi”nin uğurlu icra prosesi beynəlxalq səviyyədə də yüksək qiymətləndirilərək ötən il Dünya Bankının yüksək mükafatına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB