...ABŞ Rumıniyadan təxminən 800 əsgərini çıxarmağı, Bolqarıstan, Slovakiya və Macarıstandakı kontingentini azaltmağı planlaşdırır.
SİA xəbər verir ki, bu barədə Rumıniyanın G4Media portalı hökumət mənbələrinə istinadən məlumat verib.
Mənbələrə görə, Rumıniyadan 800 Amerika əsgərinin çıxarılması barədə elan 27 oktyabrda rəsmi NATO prosedurları vasitəsilə verilib.
Bu, Ağ Evin qərarıdır, ona görə də dərhal qüvvəyə minir, lakin Konqres nəzəri olaraq yenə də onu dəyişdirə bilər. Amerika qoşunları Rumıniyada Mixail Kohelniceanu, Deveselu və Campia Turzii bazalarında yerləşir.
Bu üç bazadan hansında Amerika kontingentinin azaldılacağı hələlik məlum deyil.
Ümumilikdə Rumıniyada təxminən 1000 Amerika əsgəri var. Mənbələr hesab edirlər ki, ABŞ qərarı mübahisəli sağçı namizədin qalib gəldiyi prezident seçkilərinin birinci turunun nəticələrinin ləğvi ilə əlaqəli deyil, çünki Amerika qoşunlarının da Macarıstandan çıxarılması planlaşdırılır.
Rumıniya nəşri qərarın dörd ölkəyə aid olduğunu iddia etsə də, qoşunların digər ölkələrdən çıxarılması ilə bağlı müddət, həcm və ya digər detalları göstərmir və yalnız Rumıniyada yerləşən kontingentə diqqət yetirir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB