Oktyabrın 29-da Birinci Qarabağ müharibəsinin itkin şəhidləri - Rəfael Sultan oğlu Abbasov, İlham İmdad oğlu Mehdiyev, Əliyar Fərrux oğlu Əliyev və Azər Zirəddin oğlu Bayramovun paytaxtın Suraxanı rayonu ərazisində yerləşən “Dədə Qorqud” qəbiristanlığındakı Şəhidlər xiyabanında dəfn mərasimləri keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, dəfn mərasimində şəhidlərin ailə üzvləri, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, Suraxanı, Sabunçu, Xətai Rayon İcra hakimiyyətlərinin nümayəndələri, müharibə veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 30 ilə yaxın işğalda qalan torpaqlarımızı 44 günə azad etdiyini, bütün dünyanın “dəmir yumruğun” nəyə qadir olduğunu gördüyünü bildirib.
Şəhid Rəfael Abbasovun atası Sultan Abbasov şəxsiyyətləri müəyyənləşdirilərək ailələrinə təhvil verilən itkinlərin ailələrinə gözaydınlığı verib. O, şəhidin bir evdən deyil, bir eldən getdiyini bildirərək həm uzun illər,həm də belə vacib məqamda onları tək qoymayan hər kəsə minnətdarlığını bildirib: “Şəhidlərimizin intiqamı alınıb, torpaqlarımız azad edilib. Artıq başımız dikdir. Ümid edirəm ki, tezliklə digər itkin ailələri də öz şəhidləri barəsində xəbər ala biləcəklər”.
Sonra şəhidlərin ailə üzvlərinə bayraqların təqdim edilməsi mərasimi olub.
Şəhidlər üçün cənazə namazı qılınıb, din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayə və surələr oxunub. Onlar yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıblar. Qəhrəmanların ruhuna dualar oxunub, məzarlarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.
Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidlərin yaxınlarına təqdim olunub.
İtkin şəhidlərin doğmaları: 33 ildən sonra itkin şəhidimizə qovuşduğumuz üçün gözlərimiz aydın olsun
AZƏRTAC-ın müxbirləri şəhidlərin ailə üzvləri, yaxınları ilə həmsöhbət olublar.
Birinci Qarabağ müharibəsində itkin düşmüş Əbülfət və Əliyar Əliyevin qardaşı Bəxşeyiş Əliyev deyib: “Müharibə başlayanda Əliyar Əbülfətlə birlikdə neft şirkətində işləyirdi. Onlar döyüşə də birlikdə yollandılar, eyni gündə və yerdə - 1992-ci il mayın 8-də Şuşada itkin düşdülər. Əvvəlcə elə bilmişdilər ki, Əliyarla Əbülfət BTR-də yanaraq şəhid olublar. Amma sonra müəyyənləşdi ki, onlardan biri Əliyar, digəri isə bu gün onunla birgə dəfn olunan Rəfael Abbasovdur. Əbülfətdən hələ də xəbər yoxdur. Ümid edirəm ki, tezliklə ondan da xəbər alacağıq".
Qardaşları barədə xatirələrini bölüşən B.Əliyev Əliyarın yumşaq xarakterli və utancaq, Əbülfətin isə qürurlu və yenilməz olduğunu deyib: "Əbülfət Əliyarı döyüşdə tək qoymadı. Hər ikisi ailələrini, doğmalarını geridə qoyub, Vətən qarşısında borclarını yerinə yetirməyə yollandılar. Əliyar kimi Əbülfətin də tapılacağına, onun da təsəlli üçün məzarının olacağına ümidvarıq".
Şəhidin oğlu Ələsgər Əliyev bütün itkin ailələrinə doğmalarının tapılması barədə xəbər almağı arzulayıb: “Uzun illərdən sonra atamdan bir xəbər aldıq. Biri var doğmanın sağ olub olmadığını bilmirsən, biri də var ki, gözlərin yoldan çəkilir. Bilirsən ki, ziyarət edəcəyin yer var. Prosesdə iştirak edən bütün dövlət qurumlarına çəkdikləri əziyyətə görə minnətdaram”.
Şəhidin xalası qızı Simuzər Şirinova Əliyarla Əbülfətin çox yaxşı insan, çox gözəl ailə başçıları olduqlarını qeyd edib: “Hər ikisi Şuşada şəhid olub. Əslində inanmazdıq ki, onlardan xəbər alaq. Çox şükür ki, heç olmazsa birinin taleyinə aydınlıq gəldi və uzun illərdən sonra torpağa tapşırdıq. Allahdan arzum budur ki, Əbülfət də tapılsın, onu da adına layiq şəkildə dəfn edək”.
İtkin şəhid Rəfael Abbasovun atası Sultan Abbasov deyib: “Rəfael Əfqanıstanda xidmət edirdi. O vaxt Ermənistanın Amasiya rayonunda yaşayırdıq. 1988-ci ildə Ermənistandan olanları ordu sıralarından tərxis edirdilər. Rəfael də tərxis olunub evə gəldi. Daha sonra öz yurd-yuvamızdan deportasiya edildik və Azərbaycana köçdük. Rəfael hərbi xidmətini Azərbaycanda davam etdirdi. Birinci Qarabağ müharibəsi zamanı o, neft şirkətində işləyirdi. Döyüşlərə qoşulmaq istəyəndə anası ilə həyat yoldaşı etiraz etməyə çalışsa da bir kəlməmlə hər kəs sakitləşdi. Dedim ki, Rəfael bu Vətənin əsgəridir. O, xüsusi təyinatlı batalyonun tərkibində Şuşa istiqamətində hərbi əməliyyatlara qoşuldu. O, BTR sürücüsü idi. 1992-ci il mayın 8-də Şuşada yanacaqdoldurma məntəqəsi tərəfdə düşmənin qəfil hücumu nəticəsində çox qızğın döyüşlər gedib. Həmin vaxt o ərazidə Rəfaellə bərabər Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov, bu gün dəfn edilən Əliyar Əliyev onun itkin qardaşı Əbülfət Əliyev və bir sıra qəhrəmanlar şəhid oldular. Onların bir hissəsinin nəşi tapılaraq dəfn edilsə də, bir hissəsinin taleyi naməlum olaraq qaldı. Lakin onlar şəhid olsalar da düşmənin xeyli sayda canlı qüvvəsini də məhv etməyi bacarıblar. Rəfaelin nəşinin qalıqları Şuşada yol çəkilməsi məqsədilə aparılan qazıntı işləri zamanı elə döyüşdüyü yerdə aşkarlandı. DNT analizi nəticəsində şəxsiyyəti müəyyənləşdirildi. 33 ildən sonra itkin şəhidimizə qovuşduğumuz üçün gözlərimiz aydın olsun”.
İtkin şəhid İlham Mehdiyev qardaşı Mehdi Mehdiyev bildirib ki, İlham gənc yaşlarından iradəli, vətənpərvər və cəsarətli insan olub: “Müharibə vaxtı nə özüm, nə də ailəm qardaşımın şəhid olmasına inanmaq istəmirdik. İnanırdıq ki, sağdır. Amma bu gün onun döyüş yoldaşları ilə birgə qəhrəmancasına şəhid olduğu təsdiqləndi. Təəssüf ki, anamız bu xəbəri eşidə bilmədi, iki il əvvəl dünyasını dəyişdi”.
Mehdi Mehdiyev qeyd edib ki, anasının məzarı da şəhid qardaşının yanında yerləşir və bu, ailə üçün mənəvi bir təsəlli mənbəyidir. “İndi hər dəfə ziyarətə gələndə elə biləcəyik ki, onlar bir-birinə qovuşublar. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, – deyə o əlavə edib.
Xatırladaq ki, Rəfael Abbasov, Əliyar Əliyev və Azər Bayramov 1992-ci il mayın 8-də Şuşada, İlham Mehdiyev isə 1992-ci il fevralın 26-da Xocalıda itkin düşmüşdü.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Gələn il Azərbaycanda təbii qaz hasilatında artım olacaq - PROQNOZ
İqtisadiyyat 03:22"Sabah" "Vikinq"ə uduzdu - YENİLƏNİB
İdman 02:12Masallıda itkin düşən yeniyetmə Bakıda tapıldı
Hadisə 02:02Energetika naziri Pərviz Şahbazov Ukraynaya səfərə gedib
İqtisadiyyat 01:23Kiberhücumlarla bağlı VACİB XƏBƏRDARLIQ
Sosial 01:03Polad Həşimovun anası xəstəxanaya yerləşdirilib
Sosial 00:03Ərdoğan: "Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram"
Siyasət 4 Noyabr 23:22Lənkəranda ova gedən kişinin meyiti tapıldı
Hadisə 4 Noyabr 23:03Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 4 Noyabr 22:32"İran müharibəsinə görə uduzduq" - Vensdən PAYLAŞIM
Dünya 4 Noyabr 22:19Qarabağ Universitetində tələbə sayı 5 minə çatdırılacaq
Təhsil 4 Noyabr 22:02Tramp İrana qarşı sanksiyaları daha bir il uzadıb
Dünya 4 Noyabr 21:44Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
Dünya 4 Noyabr 21:28Lənkəranda 64 yaşlı iş adamının meyiti tapılıb
Hadisə 4 Noyabr 21:07McLaren yeni karbon superkarını təqdim etdi...
Texnologiya 4 Noyabr 20:51Psixoloqlar vacib qərarları necə təxirə salmağı izah etdilər...
Sosial 4 Noyabr 20:27Alman şirkəti Rusiyanın “kölgə donanması” üçün pilotsuz gəmi yaradacaq...
Dünya 4 Noyabr 20:07ABŞ-da texnokratların gücə təsirini müəyyən edəcək üç məsələ...
Dünya 4 Noyabr 19:51Bakıda Əlcəzair İnqilabının 72-ci ildönümü qeyd olunub
Siyasət 4 Noyabr 19:45“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...
Sosial 4 Noyabr 19:27“O, hələ də sizin prezidentinizdir”
Dünya 4 Noyabr 19:14Rusiya xarici işçilərin cəlb edilməsi üçün kvotanı 40 faiz artıracaq...
Sosial 4 Noyabr 19:08Kartof üçün - növbəyə, pul üçün - müharibəyə...
Dünya 4 Noyabr 18:52ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib
Siyasət 4 Noyabr 18:34Demokratlar Konqresi geri qaytarsalar Tramp təhqiqatla üzləşəcək...
Dünya 4 Noyabr 18:29Estoniya XİN rəhbəri Azərbaycana səfər edəcək
Siyasət 4 Noyabr 18:25Çin “dinin çinləşdirilməsi” siyasətini həyata keçirir...
Dünya 4 Noyabr 18:06Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb...
Siyasət 4 Noyabr 18:02Yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
Sosial 4 Noyabr 17:38Avropa Komissiyası: Gürcüstanın Aİ-yə üzvlük prosesi dayanıb
Dünya 4 Noyabr 17:28Tbilisidə telekanal binasında yanğın söndürülüb - YENİLƏNİB
Hadisə 4 Noyabr 17:23Bakıda və bəzi bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək
Sosial 4 Noyabr 17:17Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Zəfər Günü ilə bağlı Bəyanat yayıb
Siyasət 4 Noyabr 16:53Şuşa Şəhəri Günü: Zəfərin təntənəsi - MƏQALƏ
Siyasət 4 Noyabr 16:51Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
İqtisadiyyat 4 Noyabr 16:49Gələn il baytarlıq tədbirlərinə 53 milyon manatdan çox vəsait sərf olunacaq
Hadisə 4 Noyabr 16:45Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib
Siyasət 4 Noyabr 16:30"Bu bölgədə sülhün, perspektivin və inkişafın alternativi yoxdur" - ŞƏRH
Siyasət 4 Noyabr 16:24"Sülh prosesinə əsas maneə Ermənistanda konstitusiya referendumunun keçirilməməsidir" - ŞƏRH
Siyasət 4 Noyabr 16:15Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb - FOTOLAR
Sosial 4 Noyabr 15:37Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
İdman 4 Noyabr 15:34Azərbaycan və Rusiya FHN-ləri arasında Birgə Tədbirlər Planı imzalanıb
Siyasət 4 Noyabr 15:32Azərbaycanda bayram günlərində avtovağzallar gücləndirilmiş rejimdə çalışacaq
Sosial 4 Noyabr 15:20“Qəhrəmanlıq zirvəsi” - FOTOLAR
Siyasət 4 Noyabr 15:13Çərəzlərin qovrulması qida dəyərini necə dəyişir?
Sosial 4 Noyabr 15:06Şuşanın azadlığı milli qürurumuzun təntənəsidir - MƏQALƏ
Siyasət 4 Noyabr 14:57Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? - HƏKİM AÇIQLADI
Səhiyyə 4 Noyabr 14:51"İsraildə seçkilərdən sonra koalisiya danışıqlarının aparılması gözlənilir" - ŞƏRH EDİLDİ
Siyasət 4 Noyabr 14:37Hesablama Palatası: Gələn il büdcənin 20 gəlir mənbəyindən 15-də artım olmalıdır
İqtisadiyyat 4 Noyabr 14:14"Süni intellekt yeni əmək bazarı imkanları da yaradacaq" - İQTİSADÇI
İqtisadiyyat 4 Noyabr 13:26İşğaldan azad edilmiş ərazilərin bərpası xalqımızın tarixi nailiyyətidir - DEPUTAT DANIŞDI
Siyasət 4 Noyabr 13:19Şanlı Qələbəmiz tarixi nailiyyətimizdir - MƏQALƏ
Siyasət 4 Noyabr 13:12"ABŞ-nin Ukraynaya təzyiqi Avropa İttifaqını da təhdid altına salır" - SİYASİ ŞƏRHÇİ
Dünya 4 Noyabr 13:06Azərbaycanda sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək
Hadisə 4 Noyabr 12:57Dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Hadisə 4 Noyabr 12:54Bakı metrosunda NFC ilə 74 milyona yaxın ödəniş həyata keçirilib
İqtisadiyyat 4 Noyabr 12:48Azərbaycan Premyer Liqasının XI turu "Zəfər turu" adlandırılıb
İdman 4 Noyabr 12:46Vandalizmə məruz qalmış mədəni irsimiz - TƏHLİL
Siyasət 4 Noyabr 12:38“Trampın açıqlaması hərbi variantın hələ də gündəmdə olduğunu göstərir” - POLİTOLOQ DANIŞDI
Siyasət 4 Noyabr 12:33Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq
Sosial 4 Noyabr 12:17Evdən onlayn satış həyata keçirmək üçün hansı hüquqi tələblər var ? -HÜQUQŞÜNAS DANIŞDI
Sosial 4 Noyabr 11:38Üz sümüklərinə zərbə vurmağın təhlükəli nəticələri
Səhiyyə 4 Noyabr 11:29Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Hadisə 4 Noyabr 11:24“Sabah” və “Qarabağ” bu gün UEFA Gənclər Liqasında meydana çıxacaq
İdman 4 Noyabr 11:22Payız-qış aylarında hansı balıqlara tələbat artır, təzəsi necə seçilir? - QİDA EKSPERTİ
Sosial 4 Noyabr 11:19Naxçıvanda din xadimləri üçün təlim keçirilib
Siyasət 4 Noyabr 11:16Dolların məzənnəsi və mərkəzi bankların qızıl alışları bazara necə təsir göstərəcək? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 4 Noyabr 11:15Azərbaycan parlamenti gələn ilin dövlət büdcəsini müzakirə edir
İqtisadiyyat 4 Noyabr 11:13Avtomobilin gündüz işıqlarını sarı rəngə dəyişmək olarmı? - EKSPERT DANIŞDI
Sosial 4 Noyabr 11:08“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Texnologiya 4 Noyabr 10:54Ötən gün vətəndaşlardan 5 tüfəng götürülüb
Hadisə 4 Noyabr 10:37“Tarixi Zəfərimiz ədalətsizliyə verilmiş qətiyyətli cavabımızın rəmzidir” - ŞƏRH
Siyasət 4 Noyabr 10:31BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
Hadisə 4 Noyabr 10:07Azərbaycanın ilk beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi – AIREX 2026 işə başlayıb
İqtisadiyyat 4 Noyabr 10:06Özəl xəbərlər
Digər xəbərlər"Bu bölgədə sülhün, perspektivin və inkişafın alternativi yoxdur" - ŞƏRH
Siyasət 4 Noyabr 16:24"Sülh prosesinə əsas maneə Ermənistanda konstitusiya referendumunun keçirilməməsidir" - ŞƏRH
Siyasət 4 Noyabr 16:15
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9097
+0,39%
-
GBP
2,2881
+0,38%
-
RUB
2,0796
-0,71%



