"Bakı Metropoliteni"nin əməkdaşları üçün təlim keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bədbəxt hadisələrin nisbətən çox baş verdiyi müəssisələrdə əməyin mühafizəsi üzrə maarifləndirmə tədbirlərini davam etdirir. Bu barədə SİA-ya Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib. Bildirilib ki, növbəti təlim "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində keçirilib və burada müəssisənin 50 əməkdaşı iştirak edib. Təlimlərin əsas məqsədi işəgötürənlərə və işçilərə əməyin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələbləri, layiqli əməyin təmin edilməsi, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, eləcə də əməyin mühafizəsi üzrə qəbul edilmiş dövlət standartları və onların tətbiq sahələri barədə ətraflı məlumat verməkdir.

Eyni zamanda, istehsalat qəzalarının qarşısının alınması, profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də bu sahədə işçilərin bilik və bacarıqlarının artırılması da təlimlərin əsas istiqamətlərindəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə