"Rusiya–Ukrayna müharibəsinin dayandırılması barədə Rusiya tərəfi iki gün ardıcıl olaraq açıqlama verib. Rusiya Xarici İşlər Naziri Sergey Lavrov qeyd edib ki, Rusiya tərəfi müharibəni, yəni Ukrayna ilə danışıqları bərpa etməyə hazırdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Siyasi şərhçi sözlərinə belə davam edir: "Bu danışıqlarda şərtlər də Alyaskada Putinlə Donald Tramp arasında keçirilmiş görüş zamanı razılaşdırılıb. Şərtlər ondan ibarətdir ki, Ukranya NATO-ya girməməli və birtərəf statusunda olmalıdır. Rusiya tərəfi yalnız atəşkəsə razı deyil, daha geniş və daimi sülh müqaviləsinin bağlanmasını istəyir. Bunun üçün əsas şərtlərdən biri müharibəyə səbəb olan təhlükəsizlik risklərinin aradan qaldırılmasıdır. Həmçinin Rusiya tərəfindən işğal edilmiş ərazilər – Donetsk, Luqansk, Xerson və Zaporojye – artıq Rusiyanın ərazisi kimi tanınmalıdır. Yəni Ukrayna bu əraziləri Rusiyaya güzəştə getməlidir.
Lakin qarşı tərəf – Ukrayna və onun tərəfdaşları – bu şərtləri qəbul etmir. Beləliklə, tərəflərin mövqeləri kəskin şəkildə fərqlənir və üst-üstə düşmür. Putin və Tramp Alyaskadakı görüşdə bu məsələləri müzakirə etsələr də, sonradan Tramp ABŞ-da həm Zelenski, həm də Avropa liderləri ilə görüşlər keçirdi. Tramp bir neçə dəfə bildirib ki, müharibənin tez bir zamanda dayandırılmasını istəyir, lakin o da etiraf edib ki, bu proses gözlədiyindən daha mürəkkəbdir.
Hazırda müharibənin tezliklə dayanması çox çətin görünür. 2022-ci ildə İstanbulda sülh sazişi imzalanmağa yaxın idi və o zaman Ukrayna heç bir ərazi itirməmişdi. Lakin həmin dövrdə İngiltərənin Baş naziri Boris Conson bu prosesi pozdu. Müharibənin dayandırılmasında əsas rol ABŞ-a məxsusdur. Çin də müəyyən qədər təsir edə bilər. Xüsusilə sabah Tramp ilə Çin lideri Si Cinpin arasında planlaşdırılan görüşdə bu məsələ müzakirə ediləcək.
Avropa ölkələri, xüsusilə İngiltərə, Fransa, Almaniya və Polşa Rusiyanın strateji məğlubiyyətini istəyir və buna görə də sülh prosesinə yardımçı ola bilmirlər. Rusiya isə bu yanaşmaları qəbul etmir. Əgər Rusiya bəzi strateji şəhərləri məsələn, Krasnolimanskı, Kupyanskı və s. tam nəzarətə götürərsə, o zaman danışıqlar üçün müəyyən imkanlar yarana bilər. Amma ümumilikdə müharibənin yaxın zamanda dayandırılması hələ də çətin məsələ olaraq qalır".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB