İngilis qadın sevgilisi üçün səkkiz milyon xərclədi və...

...sonradan kişinin bütün bu müddət ərzində yalan danışdığını anladı

...Qadının sözlərinə görə, o, 2019-cu ildə Tom adlı bir kişi ilə tanış olub - hər ikisi eyni pabda (bar) işləyirdilər.

Cütlük demək olar ki, dərhal birlikdə yaşamağa başlayıb.

O andan etibarən bütün maliyyə xərcləri qadının üzərinə düşüb: kirayə haqqı, kommunal xidmətlər, səyahət və restorandakı şam yeməkləri...

O, hətta Tomun telefon xərclərini ödədiyini və ona paltar, elektronika aldığını da deyib.

Valideynləri onun sürücülük etmək istəyini öyrəndikdən sonra onun sürücülük dərslərinin pulunu ödəyiblər.

Buna baxmayaraq, kişi qarşılıqlı töhfə etməkdən çəkinib.

...Sual vermədim, çünki birlikdə gələcək qurduğumuza inanmaq istəyirdim. Bu məsələni qaldıraraq çətinlik çəkməkdən qorxurdum. Heç vaxt qarşıdurma tərəfdarı olmamışam və özümə inamım yox idi.

Bunu qadın etiraf edib.

Tom yalnız 2021-ci ildə, qadının ayrılmaqla hədələməsindən sonra iş tapıb...işləyib..?

O, kirayə haqqına ödəməyə başlayıb, lakin tezliklə iş yerindəki qadın həmkarı ilə vaxt keçirməyə başlayıb.

Bir gün qadın Tomun gündəliyini tapıb və orada başqa bir qadına sevgi etirafını oxuyub.

...Kişi, baş verənlərdən peşman olduğunu və onunla birlikdə olmaq istəmədiyini izah edib və mən də düşündüm ki, biz bunu yoluna qoya bilərik. Tom işindən çıxıb, yenisini tapıb və bir daha onunla danışmayıb, - deyə qadın bildirib.

Lakin qadın xərclərini hesablayanda məlum olub ki, partnyoru münasibətləri itirməkdən deyil, gəlir mənbəyindən qorxurmuş.

...Heç vaxt baş verməyən bir gələcəyə 75.000 funt sterlinqdən çox pul xərclədim. Bu, ev üçün depozitdir. Həyatımı dəyişdirəcək məbləğdir, - deyə o etiraf edib.

SİA-nın məlumatına görə, ayrıldıqdan sonra britaniyalı qadın yeni bir həyata başlayıb və etiraf edib ki, indi öz sərhədlərini müəyyən etməyə və oxşar səhvləri təkrarlamamağa çalışır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə