Laçında keçirilən əmək yarmarkasında 121 vakansiya təqdim olunub

Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlər üçün aktiv məşğulluq proqramlarını davam etdirir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və “Laçın” İstirahət Kompleksinin dəstəyi ilə növbəti əmək yarmarkası təşkil olunub.

Yarmarkada 20 işəgötürən tərəfindən mühəndis-mexanik, baş mühasib, sürücü, aşpaz, qazanхаnа оperаtоru, nasos qurğularının maşinisti, yanğınsöndürən xilasedici və s. iş yerləri üzrə 121 vakansiya təqdim edilib.

Aktiv məşğulluq tədbirində təqdim olunan vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb. Həmçinin, işsiz və işaxtaran şəxslərə aktiv məşğulluq proqramları və bu proqramlara müraciət qaydaları barədə də məlumat verilib.

Qarabağ Peşə Hazırlığı Mərkəzi də yarmarkada öz stendi ilə təmsil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə