Türkiyə Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilir - YENİLƏNİR
Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 102-ci ildönümüdür. SİA xəbər verir ki, Cümhuriyyətin yaranmasının 102-ci ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı Səfirliyi tərəfindən tədbir keçirilir. Tədbirdə hər iki ölkənin diplomatları, deputatlar, media nümayəndələri və ictimai xadimlər iştirak edir.
Tədbir Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi və qardaş dövlətlərin müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 29 Oktyabr Respublika Günü münasibətilə ünvanladığı təbrik mesajını Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün səsləndirib. Ərdoğan müraciətində "Bölgəsində lider, dünyada hörmətli, böyük, güclü və firavan bir Türkiyəni birlikdə quracağıq", - deyib.
Birol Akgün çıxışı zamanı müasir Türkiyə Cümhuriyyətinin çətin şəraitdə yaradılması ilə məlumat verib. O bildirib ki, müasir Türkiyə Cümhuriyyətinin əsas məqsədi başda qonşularımız olmaqla, bütün dünya ölkələri ilə sülh içərisində yaşamaqdır: “Türkiyə Respublikası Qərb dünyasının güclü müttəfiqidir. Lakin artıq Qərb mərkəzli dünya sisteminin çoxmərkəzli sistemlə dəyişməli olduğunun fərqindədir. Bu mənada türk mərkəzli platformalarda Türkiyə Respublikası aktiv rol oynayır. Həmçinin Azərbaycanla Türkiyə arasında dünyada tayı-bərabəri olmayan qardaşlıq münasibətləri var- deyə, B.Akgün vurğulayıb.
Daha sonra çıxış edən Milli Məclis sədri Sahibə Qafarova Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına təbrik mesajını səsləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB