Mirnoqrad yaxınlığında rusların zirehli texnikası məhv edilib...

...Getman Petro Sahaidaçnı adına 38-ci Ayrı Dəniz Piyada Briqadasının dron operatorları Mirnoqradın şərq hissəsindəki yaşayış məntəqələrinə girməyə çalışan rusların zirehli texnikasına sarsıdıcı zərbə endiriblər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bir neçə Rusiya texnikası paraşütçülərlə birlikdə şəhərə doğru irəliləyib, lakin Ukrayna dronları tərəfindən tez bir zamanda aşkar edilib məhv edilib.

Sosial mediada yerləşdirilən videoda güclü partlayış anları göstərilir - düşmən zirehli texnikasının qalıqları hər tərəfə səpələnir və Ukrayna dronunun onunla toqquşmasının qarşısı çətinliklə alınır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə