...Belçika müdafiə naziri Teo Franken Rusiyanı Avropa şəhərlərinə zərbə endirməyə cəhd edəcəyi təqdirdə ciddi nəticələrlə bağlı xəbərdar etdi.
SİA-nın məlumatına görə, nazir Belçikanın "De Morgen" qəzetinə verdiyi müsahibədə bildirib ki, “Əgər Putin Brüsselə raket atsa, bu, NATO-nun mərkəzin
O, həmçinin Rusiya prezidentinin Belçikaya kruiz raketi atmağa cəsarət etməyəcəyinə əminliyini ifadə edib. Qərb kəşfiyyat orqanları əvvəllər dəfələrlə Kremlin yaxın illərdə bir və ya bir neçə NATO ölkəsinə hücum etməyi planlaşdırdığı barədə xəbərdarlıq ediblər.
Franken hesab edir ki, Rusiyanın tammiqyaslı işğalı gözlənilmir, lakin "boz zona" ssenarisi baş verə bilər ki, bu ssenaridə "kiçik yaşıl adamlar" Estoniyadakı rusdilli azlığı "nasist rejiminə" qarşı təhrik edirlər. Nazir vurğulayıb ki, "bilirsiniz də, onlar artıq Estoniyanın bir hissəsini ilhaq ediblər".
Əvvəllər ABŞ-ın Avropadakı keçmiş komandanı Ben Hoces NATO-nun ittifaq ərazisinə hücum halında Rusiya hərbi infrastrukturunu tez bir zamanda məhv etməyə hazır olduğunu bildirmişdi.
...Əgər Rusiya 2025-ci ildə Ukraynaya hücum etdiyi kimi Polşaya hücum etsəydi, o, NATO hava qüvvələri və Alyansın quru qüvvələri tərəfindən məhv ediləcəkdi. Əmin ola bilərik ki, Kalininqrad ilk saatlarda məhv ediləcək. İlk saatlarda Kalininqrad yoxa çıxıb; bütün Rusiya obyektləri məhv edilib\, - deyə o vurğulayıb.
Hoces əlavə edib ki, oxşar aqibət Sevastopoldakı Rusiya hərbi obyektlərinin də başına gələcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB