Kosobokov Xankəndidən uzaqlaşdırıldı

Qarabağdakı sülhməramlıların komandanı dəyişdirildi

Qarabağdakı rus sülhməramlıların komandanı dəyişdirilib.

SİA xəbər verir ki, sentyabrın 6-da Rüstəm Muradovu əvəzləyən Mixail Kosobokovun müddəti heç 20 gün də çəkməyib.

Onu rəsmi təyinatla general-leytenant Gennadi Anaşkin əvəzləyib. Anaşkinin əsas fəaliyyəti Çeçenistan və Osetiya müharibələri ilə bağlıdır.

Qeyd edək ki, Mixail Kosobokovun separatçı Abxaziyadakı rus kontingentində vəzifədə olması rəsmi Bakını məmnun salmamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB