Qarabağdakı rus sülhməramlıların komandanı dəyişdirilib.

SİA xəbər verir ki, sentyabrın 6-da Rüstəm Muradovu əvəzləyən Mixail Kosobokovun müddəti heç 20 gün də çəkməyib.

Onu rəsmi təyinatla general-leytenant Gennadi Anaşkin əvəzləyib. Anaşkinin əsas fəaliyyəti Çeçenistan və Osetiya müharibələri ilə bağlıdır.

Qeyd edək ki, Mixail Kosobokovun separatçı Abxaziyadakı rus kontingentində vəzifədə olması rəsmi Bakını məmnun salmamışdı.