Türk Şurasının iqtisadiyyat nazirlərinin Ağdama səfəri başlayıb

Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) iqtisadiyyat nazirlərinin Ağdama səfəri başlayıb.

SİA-nın məlumatına görə, səfər iştirakçılarının Pənahəli xanın İmarət kompleksini, Ağdam Dram Teatrının binasının qalıqlarını, Ağdam Cümə məscidini, Qiyaslı məscidini və Şahbulaq qalasını ziyarət edəcəkləri gözlənilir.

Qeyd edək ki, ötən gün Bakıda keçirilən Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında türk dövlətlərinin rəsmi nümayəndələri, o cümlədən Türkiyənin ticarət naziri Mehmet Muş, Türk Şurasının baş katibi Bağdad Amreyev, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov, Qırğızıstanın iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin müavini Badrıddin Abidov, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə