Şuşaya, Qarabağın bütün bölglərinə səfərlərin sayı daha da artacaqdır - Aydın Mirzəzadə
"Şuşaya və Ermənistan işğalından azad edilən digər torpaqlara səfərləri diqqətlə izləyirəm. Videolara maraqla baxıram, materialları oxuyuram. Dostlarımla söhbətlərdə onların da belə etdiyinin şahidi oluram. Eyni zamanda bu səfərlərlə bağlı mətbuatda və sosial şəbəkələrdə müsbət rəylərin yazılması da diqqəti çəlb edir. Bir çoxları oralara səfərlərini səbirsizliklə gözləyirlər. Gələcəkdə orada daimi yaşamaq arzusunu dilə gətirənlər də az deyil.
Xüsusi ilə də xaricdə yaşayan həmvətənlərimizin oralara səfərlərinin təşkilini çox müsbət qiymətləndirirəm. Bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsi çox böyük və faydalı iş görür". Bunu facebook səhifəsində Milli Məclisin deputatı Aydın Mirzəzadə yazıb.
Millət vəkili fikirlərinin davamı olaraq yazır:
- Nəinki oradan olub xaricdə yaşayan qarabağlıların, hətta onların orada anadan olmuş övladlarının işğaldan azad edilmiş torpaqlara səfərlərinin təşkili o insanları vətənlə daha sıx bağlayır. Bu səfərlər onların geri qayıtdıqdan sonra yaşadıqları ölkə icitmaiyyətini daha dolğun məlumatlandırılmasına xidmət edir.
Polşada təhsil alan Nigar Cəfərova "Cıdır düzü"nə atasının şəklini gətirərək onun ruhunu andı, Çexiyanın Plzen Konservatoriyasında təhsil alan gənc azərbaycanlı skripkaçı Canel Nəcəfli "Cıdır düzü"ndə skripkada “Ay Laçın” xalq mahnısını ifa etdi.
Şərait imkan verdikcə, torpaqlar minalardan təmizlənib gediş təhlükəsiz olduqdan sonra belə səfərləin sayı daha da artmalıdır. Fizulu beynəlxalq hava limanı işə düşdükdən, Zəfər yolu işə hazır olduqdan sonra Şuşaya, Qarabağın bütün bölglərinə səfərlərin sayı daha da artacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB