Alban dövrü xaçları saxtalaşdırılır - FOTO-FAKT

Ermənistanın işğal altında saxladığı Azərbaycanın inzibati yaşayış məntəqələrində onlarla saxta xaç daşı istehsal edən gizli sexlər fəaliyyət göstərirdi. Azərbaycan ərazilərini erməni işğalından azad edəndə onların bir neçəsi o cümlədən Kəlbəcər, Laçın, Şuşa ərazilərindəki sexlər Ermənistanın Gorus və Vardenis (Basarkeçər) rayonlarına köçürüldü. Ağdərə, Xankəndi, Xocavənd rayonunun Sos kəndi və Martuni rayonların ərazilərindəki sexlər isə hal-hazırda rus sülhməramlılarının nəzarəti altında fəaliyyət göstərir.

Xaç əsasən dini mahiyyət daşısa da ermənilər ondan siyasi məqsədləri üçün istifadə edirlər. Erməni keşişlər adətən əllərində silah bütün erməni terror qrupları sırasında vuruşurlar.

Araşdırmalar göstərir ki, xaçların yaranmasında hələ xristianlıqdan çox-çox əvvəlki dövrlərdə qədim türk tayfalarının böyük rolu olmuşdur. O zamankı insanların təfəkküründəki günəşin obrazını yerdə torpaq üzərində yaradaraq, ağac üzərinə bağlayaraq hündürlüyə (göylərə) qaldıraraq, yenidən kainata qovuşdurmaq istəyi xaçların indiki formasının meydana gəlməsinə səbəb olmuşdur. Təsadüfi deyildir ki, əsirlərlə qarşılıqlı hörmət və məhəbbətlə dinc yanaşı yaşayan bu xalqların öz bədii yaradıcıqlarında da biri-digərinin mədəni irsinə müraciət etmələri bu xalqların birinin digərinə böyük etiramından irəli gəlirdi.

Bu baxımdan Alban dövrü xaçlarının tədqiqi daha çox maraq doğurur. Bu da ondan irəli gəlir ki, Alban dövrü xaçları daha çox klassik ənənələrə uyğunlaşdırılmışdır. Alban xaçları xristianlığa qədərki elementlər və dini ayinlərlə bağlıdır və ağacın xaçın təsvirinə daha yaxındır. Xaç obrazı Alban xaç daşlarında sanki müxtəlif, biri-birinə aidiyyatı olmayan dekorativ tərtibatları qovuşdurur. Alban xaçı bəlkə də dünyada yeganə xaçdır ki, xristianlığa qədərki inamların, etiqadların və kainatı dərketmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Bu xaçların bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş, işıq, nur və məhsuldarlıq simvolu kimi əks olunmuşdur.

Alban dövrünün sonlarında yaranan alban xaç daşlarının üzərindəki obrazların çoxlu yüzilliklər keçdiyinə görə, əvvəlcə iki sonralar üç din hakimiyyəti altında toplanmış, harmonik olaraq yüzlərlə mümkün yazılı daşların üzərində əks olunmuş ayin simvolikasıdır. Odur ki, Alban daş yazı nümunələrinin (xaçdaşlarının, başdaşlarının və nişandaşlarının) bax bu cür orjinallığı və özünəməxsusluğu onu digər xalqların daş yazı nümunələrindən köklü surətdə fərqləndirir.

XIX əsrin əvvəllərindən Cənubi Qafqazda kütləvi şəkildə kök salan ermənilər Alban mədəniyyətinin bu nümunələrindən dərhal mənimsəməyə başladılar. Onlar məskunlaşdırıldıqları torpaqlara sahib olmaq üçün buradakı alban xristianlığına aid dini rəmzlərinə sahib çıxırdılar. Buna nail olmadıqda isə ya sındırıb məhv edir yada formalarını dəyişdirirdilər. Bununla da erməni "xaçkarları" meydana gəlməyə başladı. Əslində xaçkar sözünün kökü fars mənşəli söz olub, fars dilindən erməni dilinə keçmişdir. Bu söz fars dilində "iş, zəhmət" mənasını verir, bunu erməni dilinə çevirəndə "kar" daş mənasında başa düşülür. Odur ki "xaçkar" sözünün erməni dilində anlamı "xaçdaşı" mənasını verir.

Klassik erməni xaç daşları erməni dini simvolları və rəmzləri, xüsusən də xaç təsvirlərinin özləri sadə formada olduqlarından, özünün bədii üslubuna və xarakterinə görə heç bir məna və əhəmiyyət kəsb etmir. Çünki erməni – qriqoryan xaçları hazırlanarkən onların təsvirlərində, dekorativ sənət nümunələrindən, müxtəlif ornamentlərdən və digər bəzək nümunələrindən istifadə edilməmişdir. Ona görə də erməni – qriqoryan xaçlarının dövrümüzə qədər olan bütün nümunələri, sadə formada olub, öz xüsusiyyətlərinə görə bədii sənət əsərləri sayılmırlar, bu xaçlar sadəcə olaraq kilsələrdə dini ayinlərin icrasında istifadə olunan adi bir dini vasitələrdən başqa bir şey deyildir. Lakin möhtəşəm alban bazilikalarına, sovmələrinə, kilsə və monastrlarına sahib çıxmaq üçün erməni xaçları unikal alban xristian memarlının elementlərinə uyğun gəlmirdi.

Odur ki ermənilər son 28 ildə Kəlbəcər, Laçın, Şuşa, Ağdərə, Xankəndi, Xocavənd rayonunun Sos kəndində onlarla gizli sexlər yaradıb saxta alban xaç daşları yonmağa başladılar.



Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində xaçdaşlarının istehsalı ilə məşğul olmaları, ilk baxışdan xristianlığın təbliği kimi görünsə də, əslində bu prosesin gedişi Azərbaycan torpaqlarının mənimsənilməsinə xidmət edirdi.

Onlar sadəcə, heç bir bədii məna kəsb etməyən erməni xaçdaşlarının əvəzinə, saxta yolla Alban xaçdaşlarının bədii nümunələrini hazırlamağa başladılar.

Bu yolla ermənilər, çoxlu sayda Alban xaçdaşlarının dekorativ tərtibatı ilə eynilik təşkil edən (yalnız bu daşların ornament və bəzəklərində dəyişiklik edib) oyma və qabartma üsulu ilə xaç daşları, başdaşları və nişan daşları yonaraq Azərbaycanın işğal olunmuş ərazilərinin müxtəlif yerlərində, bir zamanlar regionun istirahət mərkəzləri olmuş ərazilərində, yol kənarlarında, bulaqların ətraflarında, ictimai yaşayış mərkəzlərinin baxımlı yerlərində, bağlarda, parklarda, memarlıq abidələrinin üzərlərində, qəbristanlıqlarda və eləcədə müxtəlif yaşayış ərazilərində kütləvi şəkildə yerləşdirdilər. Onlar bu üslubdan hətta monumental qurğuların tikintisində də istifadə edib, məhşur erməni terrorçularının adlarını əbədiləşdirirdilər.


Ermənilər bir müddət müxtəlif kimyəvi məhlullarda saxlayaraq, alətlərin izlərini itirir sonra qədim bədii daş nümunəsi kimi ərazilərə yerləşdirirdilər.



Bu daşlar Əsgəran rayonu ərazilərində quraşdırılıb.

Bu Monumental qurğu işğal dövrü Əsgəran rayonunun Çanaxçı kəndində birinci qarabağ müharibəsi iştirakçılarının xatirəsinə uçaldılıb.

Bu Monumental qurğu isə işğal dövrü Xankəndi şəhərində birinci qarabağ müharibəsi iştirakçılarının xatirəsinə uçaldılıb.

Bu qurğu 19015-ci il Türk soyqrım “qurbanlarının” xatidəsinə Xankəndi şəhərində ucaldılıb. Ermənilərin bu fəaliyyəti ermənilərin azərbaycanlılara qarşı ədavət və düşmənçilik hissini gücləndirir.


Xocalı rayonu ərazisi

Şuşa şəhəri işğal dövrü

Ağdərə-Kəlbəcər yolu

Faiq İSMAYILOV,
AMEA A.A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə