Müdafiə Nazirliyi komandoda hərbi xidmət keçmək istəyənlərə müraciət edib- VİDEO
Əməliyyat (Komando) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.
Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər 26 dekabr 2022-ci il tarixdən 26 yanvar 2023-cü il tarixədək Bakı şəhəri, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi, Gəncə, Bərdə və Beyləqan şəhərlərindəki hərbi hissələrdə fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir.
Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun Əməliyyat (Komando) hərbi hissələrində müvafiq vəzifələrə təyin olunur.
Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir:
- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
- şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə);
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
- təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
- doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda, 1 nüsxədə);
- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda, 1 nüsxədə);
- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış (1 nüsxədə);
- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);
- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;
- hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti (1 nüsxədə).
Sənədlərin qəbulu Bakı şəhəri, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi, Gəncə, Bərdə və Beyləqan şəhərlərindəki hərbi hissələrdə həyata keçiriləcək.
Müraciət bu ilin dekabrın 26-dan 2023-cü ilin yanvar 26-dək davam edəcək.
Nazirlik müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələrini xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Ramil Şeydayev Rusiya klubuna keçdi
İdman 22:31Ödəniş kartları ilə bağlı 1 milyon 74 min manatlıq FIRILDAQÇILIQ
İqtisadiyyat 22:19Saatda 1000 km-dən az məsafə qət edən 90-cı illərin Britaniya superkarı…
Texnologiya 21:51Əzələlərimiz yaşlanmanı necə idarə edir..?
Səhiyyə 21:27Dollar nə qədər “yaşayır”?
İqtisadiyyat 21:06Planet həddindən artıq qızır...
Sosial 20:08AzTU-da abituriyentlər üçün “Açıq qapı” günü
Təhsil 19:34Müdafiə Nazirliyində hərbi attaşelərlə görüş olub
Siyasət 19:23Vaxtı aldadaraq gənc qalmaq mümkündürmü?
Sosial 19:07Müharibə şəxsən Putin üçün necə bitə bilər?
Dünya 18:49Avtonom yerüstü nəqliyyat vasitələrinin tətbiqi üçün hüquqi baza yaradılır
İqtisadiyyat 18:32“Belə bir addım Kremlə baha başa gələ bilər...”
Dünya 18:27Müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
İqtisadiyyat 18:25“Sağlam qəzəbə nail olun...”
Dünya 18:08“Sumqayıt” braziliyalı hücumçu transfer edib
İdman 17:40Bakıda iki marşrut üzrə avtobuslar yenilənir
İqtisadiyyat 16:41"Təzyiqdə təhlükəli həddi bilməliyik" - HƏKİM
Səhiyyə 16:00Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
Siyasət 15:05Bir daha Çolpon-Ata görüşü barədə - RAKURS
Siyasət 14:44Ötən ay 8012.7 hektar ərazi minalardan təmizlənib
Hadisə 14:35“Gəncə KOB evi” sahibkarlara 2000-dən çox xidmət göstərib
İqtisadiyyat 14:09Avrasiya İqtisadi İttifaqı niyə dağılır? - GÜNÜN SUALI
Siyasət 14:01Disleksiya nədir? - PSİXOLOQ AÇIQLADI
Sosial 13:47Lixtenşteynə qarşı böyük haker hücumu
Dünya 13:33ABŞ və İran arasında yeni danışıqlar başlayıb
Dünya 13:27Hərbi canilər haqqında ədalətli hökm veriləcək - TƏHLİL
Siyasət 13:17Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
Sosial 12:48Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 12:47Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb
Hadisə 11:38XXI əsrin yeni “Böyük Oyunu” - RAKURS
İqtisadiyyat 11:25HDQ-də buraxılış mərasimi keçirilib
Siyasət 10:49Bəzən ən böyük səs-küy səssizlikdən gəlir - KÖŞƏ
Sosial 10:09Kolleclərə ixtisas seçimi başlayıb
Təhsil 09:50Ötən həftə ərzində 861 yanğına çıxış olub - FHN
Hadisə 09:48Yasamalın bəzi ərazilərində elektrik kəsiləcək
Hadisə 09:11Ronaldo evlənir - gələn həftə nikaha girir...
İdman 05:04Rusiyalı baş məşqçi Çin klubundan QOVULDU
İdman 02:21Özəl xəbərlər
Digər xəbərlər"Təzyiqdə təhlükəli həddi bilməliyik" - HƏKİM
Səhiyyə 16:00Disleksiya nədir? - PSİXOLOQ AÇIQLADI
Sosial 13:47
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9609
+0,23%
-
GBP
2,2903
+0,20%
-
RUB
2,1411
+0,35%
.jpg)
.jpg)
.jpg)
