Milli Aviasiya və Kosmos Agentliyi (NASA) Marsda bu günə qədər görülməmiş yumurta böyüklüyündə tünd, hamar və parlaq bir meteroit aşkar edib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, meteroit 27 oktyabrda NASA-nın Marsdakı "kurisoity robotu" vasitəsilə müəyyən edilib.
Tünd, hamar və parlaq bir görünüşdə olan meteroit lazer dəstəkli kamera ilə araşdırılıb. NASA tərəfindən də təsdiqlənən cismin dəmir-nikel tərkibinə malik meteroit olduğu bildirilib.
Qeyd edək ki, daha əvvəl də Marsda oxşar nümunələr olub. Ancaq ilk dəfədir ki, yumurta böyüklüyündə meteroit aşkar edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB