Ən uzun ayaqlı qızın FOTOLARI

Texas ştatındakı Hyuston şəhərində yaşayan 26 yaşlı Loren Birləşmiş Ştatların ən uzun ayaqlı qadını sayılır. SİA-nın xəbərinə görə, onun adının "Ginnesin Rekordlar Kitabı"na düşəcəyi gözlənilir. Loren Uilyamsın dediyinə görə, model karyerasına 4 il əvvəl başlayıb.

"Kollecdə oxuyanda voleybol komandasında oynayırdı. Komandamız çempion adını da qazanıb. İndi universitetdə oxuyuram və tanınmış model olmaq istəyirəm. Belə uzun ayaqlar müəyyən problemlər də yaradır. Çünki oturmaq asan deyil. Üstəlik, ölçülərimə uyğun paltar tapmaq da müşkül işə çevrilib" - deyə, Loren Uilyams deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə