Bu binada ətir vurmaq qadağandır FOTO

Bu binada ətir vurmaq qadağandır FOTO

İsveçrənin Sürix şəhərində inşa edilən binada gündəlik həyatda istifadə edilən kosmetik vasitələrdən istifadə edilməsi qadağan olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, xüsusi olaraq Kimyəvi Həssaslıq Sindromundan (MCS) əziyyət çəkən insanlar üçün tikilən binada ətir, saç spreyi və digər bu kimi məhsullar istifadə edilmir.

Belə ki, binada yaşayanlara elektromaqnetik dalğalarla təsir edən kabelsiz modemlərdən (wi-fi) istifadə etmək qadağan olunub. Buna səbəb isə orada yaşayanların kimyəvi maddələrdən istifadə etməsi nəticəsində baş gicəllənməsi, yorğunluq və baş ağrısı kimi hallara məruz qalmasıdır.

Qeyd edək ki, bina sakinlərinin rahat yaşaması üçün alimlər tərəfindən araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə