Atlantikada iqlim dəyişikliyinə səbəb Günəşdir

Atlantikada iqlim dəyişikliyinə səbəb Günəşdir

Amerika alimləri "Nature Geoscience" adlı elmi jurnalda dərc olunmuş məqalədə aydınlaşdırıblar ki, son minillikdə Şimali Atlantikada iqlim dəyişikliyi Günəşə görədir.

Alimlər bu regionda dənizin dibindən çıxarılmış çöküntüləri öyrənərək belə qənaətə gəliblər.

Söhbət xüsusən son min ildə Günəşin yüksək fəallığının okeanın şorluğuna, külək rejiminə, Şimali Atlantika cərəyanlarına və temperaturuna təsirindən gedir.

İslandiya sahilləri yaxınlığında qanunauyğunluqlar özünü daha aydın büruzə verir. Məsələn, Günəş fəallığının aşağı olması 2010-cu və 2013-cü illərdə olduğu kimi, qışın soyuq keçməsinə səbəb olur.

Bununla belə Günəşin iqlim dəyişikliklərinə təsiri antropogen amilin təsirindən xeyli aşağıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə