Amerikada 50 yaşlı bir qadının qonşuları evindən üfunət iyinin gəlməsinə görə onu polisə veriblər. Evə baxış keçirilərkən görülən mənzərə hər kəsi şoka salıb. Sən demə, İren Van Dayk adlı həmin qadın uzum müddətdir ki, 67 ölü və 99 diri pişiklə bir evdə yaşayırmış. Polis mənzildən polietilen torbalara bükülü şəkildə soyuducuda saxlanılan 67 pişik cəsədi aşkarlayıb.
Türkiyə mətbuatının xəbərinə görə, Van Dayk 2010-cu ildə həyat yoldaşını itirdikdən sonra bütün qəlbi ilə bu pişikərə bağlandığı və onların ölümü ilə heç cür barışa bilmədiyini söyləyib.
Hazırda ekspertiza qadının psixoloji durumunda problem olub-olmadığını araşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB