Bu ilin sonuna kimi rəqəmsal texnologiya 100 faiz həyata keçiriləcək

Bu ilin sonuna kimi rəqəmsal texnologiya 100 faiz həyata keçiriləcək

Bu ilin sonuna kimi isə rəqəmsal texnologiyanın 100 faiz həyata keçirilməsi nəzərdə tutulub. SİA-nın xəbərinə görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib ki, burada əsas məsələ 10-12 Azərbaycan televiziya kanallarının ödənişsiz olaraq bütün ölkədə rəqəmsal şəkildə tətbiqidir.

"2011-ci ilin sonunda əhalinin 85 faizinə rəqəmsal televiziyaya baxmaq imkanı verilib. Bundan əlavə, "Eurovision-2012" üçün İctimai Televiziya və Radio Yayım Şirkəti yüksək təminatlı HD formatı ilə təmin ediləcək. Həmçinin özəl sektora da rəqəmsal texnologiya ilə bağlı elə imkanlar verməyi düşünürük ki, onlar bu sistemlə işlərini təmin etsinlər, rəqəmsal texnologiya üzərində kommersiya xidmətləri göstərə bilsinlər", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə