İran kosmosa meymun göndərir

İran sentyabr ayı içində müxtəlif canlıları kosmosa göndərəcəyini açıqlayıb.

SİA-nın məlumatına görə, İran müdafiə naziri Əhməd Vahidi rəsmi xəbər agentliyi IRNA-ya açıqlamasında, sentyabr ayında meymunla birlikdə bəzi heyvanların kosmosa göndəriləcəyini söyləyib.

Canlıların "Kavoşger" adlı raketlə kosmosa göndəriləcəyini deyən Vahidi, bunun gələcəkdə kosmosa insan göndəriləcəyinin bir xəbərçisi olduğunu qeyd edib.

İran içində bəzi kiçik canlıların olduğu ilk kapsulu "Kavoşger-3" adlı raketlə 3 Fevral 2010-cu ildə kosmosa göndərmişdi.

"Səfir" adlı ilk yerli peyk daşıyıcısını 17 Avqust 2008-ci ildə kosmosa göndərən İran, "Ümid" adlı ilk yerli xəbər peykini də "Səfir-2" peyk daşıyıcısı ilə 3 Fevral 2009-cu ildə müvəffəqiyyətlə yola salmışdı.

İranın İnformasiya Texnologiyaları Nazirliyi kosmos və peyk proqramı çərçivəsində 7 peykin göndərilməsi üçün iranlı alimlər və mütəxəssislərin elmi tədqiqat işləri apardıqlarını bəyan etmişdi.

İlk xəbər peykinin göndərildiyi tarixi "Kosmos Günü" olaraq elan edən İran, 2020-yə qədər ilk astronavtını kosmosa göndərməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə