...2025-ci ildə Moskvada ictimaiyyətin diqqətini cəlb edən qeyri-adi toy mərasimi qeydə alınıb. Bu tədbirdə yaşı normadan artıq olan yeni evlənənlər iştirak edirdi: gəlinin 91, bəyin isə 96 yaşı var idi.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Moskva Mülki Qeydiyyat İdarəsinin rəisi Svetlana Uxaneva bildirib.
Verilən məlumata görə, müasir cəmiyyətdə 60 yaşdan yuxarı insanlar arasında nikahlar nisbətən nadirdir.
Bu il Moskvada təxminən 1200 belə nikah qeydə alınıb. Svetlana Uxaneva onu da qeyd edib ki, 60-dan yuxarı yaş qrupunda nikaha girənlərin nisbəti qadınlar arasında təxminən 2, kişilər arasında isə 3,5 faiz təşkil edir.
Üstəlik, nikah qeydə alınarkən ən yaşlı bəyin 96, ən yaşlı gəlinin isə 91 yaşı olub.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə