“İnanclarımızın əsasən 70-80 %-i düzgündür”. Bu sözləri SİA-ya açıqlamasında Astro-numeroloq Vüsalə Əliyeva qeyd edib.
Onun sözlərinə görə, inanclar doğru, savadlı, elmi şəkildə insanlara çatdırılmayıb deyə bugünümüzə kortəbii şəkildə gəlib çatıb: “Məsələn, göz əsəndə qırımızını qoymağın, spiritual baxımdan desək, insanın bədənində 4 element var. Onlardan biri də od elementidir. Əgər insanın bədənində od elementi artırsa, balansdan çıxırsa, bu artıq insana əsəb, gərginlik, aqressiya verir və daha çox problem olaraq başa vurur. Ona görə də həmin insanlarda göz səyirtməsi baş verir. Qırmızı isə od elementini balansda saxlayır. Çünki qırmızı rəng od elementidir. Bu zaman qırmızını göz qapağına qoymaqla balansı yaratmış olurlar. Yəni bu batil inanc deyil. Sadəcə olaraq düzgün çatdırılmayıb. Daha sonra hamiləlikdə saç rəngləmək, saç kəsdirmək barədə mövzuya baxaq. Ümumiyyətlə saç rəngləmək, kəsdirmək ilə bağlı uğurlu günlər, uğurlu saatlar deyə bir şey astrologiyada da, numerologiyada da var. Bu insanın patoloji xüsusiyyəti ilə ona görə ölçülür ki, hamiləlik də 9 aylıq bir prosesdir və 9 aylıq bir quruluşda yer kürəsi planetar olaraq qeyri-stabil olur yəni dəyişkən olur. Bunun əslində insana bu cür təsiri var. Amma məsələn, sırf “mən getdim saçımı rənglədim, kəsdirdim gələcəkdə övladımın başına nəsə gələcək” və s. belə bir şey yoxdur. Bunun bu tərəfi batil inanclara girir.
Daha sonra “süpürgə ayağa dəyəndə 3 dəfə tüpürmək lazımdır” deyimi. Bu enerjinin kəsilməyi deməkdir. Çünki, süpürgə evimizin, həyətimizin neqativ zibilini aparan bir enerjidir. Süpürdükcə süpürgənin üzərinə neqativ enerjilər yığılır. O dövrün bilici insanları süpürgənin ayağa dəyəndə insana neqativ enerji gələcəyini bilirlər. Ayağa dəydikdən sonra tüpürmək isə neqativ enerjini qırmaq deməkdir.
Hər bir yerin öz enerjisi var. Enerjilər biz istəsək də, istməsəkdə var. Elə görüşlər olur ki, dəyirmi masada keçirilir, elə görüşlər olur ki, düzbucaqlı masada olur. Çünki, hər bir stolun, hər bir masanın öz enerjisi var. Və görüşdə oturan insanların enerjisi bir-birinə rahat keçsin deyə bir çox görüşdə dəyirmi masada istifadə olunur. Alış-veriş enerjisinin məhdud olunması üçün düzbucaqlı masadan istifadə edilir. Həmçinin kvadrat olan masaların enerji dəyərinə getsək, bu təkcə spiritual baxımdan deyil, biznes etiket qaydalarında da var. Bəzən olur ki, dairəvi masalarda gedən sözlərdə enerji balansı bir-birinə çox rahat şəkildə axır. Hər kəs eyni dərəcədədir və hər kəs eyni hüquqa, eyni frekansa malikdir. Ona görə də bunların hər birinin əlbəttə ki, anlamı var. Bunların arasında batil inanclar da sadəcə dövrümüzə düzgün gəlib çatmayan informasiyası zəngin olmayan bir məlumatlardır”.
Müəllif: Qumral Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə