...Çoxları da olmasa da, hər halda bəziləri sevginin yaş tanımadığını deyirlər. Ancaq etiraf edilməlidir ki, cəmiyyət artıq buna öyrəşib: cütlükdə yalnız kişi yaşlı ola bilər. Əgər münasibətdə qadın öz seçdiyindən yaşlıdırsa, bu halda ətrafdakılar sual verə bilərlər: doğrudanmı, bu sevgidir?
SİA-nın əldə etdiyi məlumata görə, rusiyalı psixoloq saytlardan biri ilə söhbətində gənc kişi ilə yaşlı qadın arasında sevginin mümkün olub-olmadığını cavablandırıb.
...Deməli, psixoloqa görə, bu mümkündür, lakin bu halda müəyyən xüsusiyyətlər və çətinliklər var.
...Yaş fərqi həyata, maraqlara və dəyərlərə fərqli baxışlara səbəb ola bilər. Bir gənc, həyat təcrübəsini və müdrikliyini bölüşə bilən təcrübəli bir qadınla ünsiyyət qurmaqda maraqlı ola bilər. Bununla belə, qadın hazır olmalıdır ki, gənc oğlan özünü həyata keçirməyə və müstəqilliyə can atacaq ki, bu da münasibətlərdə bəzi fikir ayrılıqlarına səbəb ola bilər.
...Ekspertə görə, ictimai rəy belə münasibətlərə təzyiq göstərə bilər. Və bu təəccüblü deyil, çünki cəmiyyətdə tez-tez gənclərin öz yaşlarında və ya hətta özündən kiçik tərəfdaşlar axtarmalı olduğuna dair stereotiplər var.
Və təbii ki, bu, tərəfdaşlarda şübhə və etibarsızlıq yarada bilər, xüsusən də münasibətləri haqqında açıq danışmaq istəsələr..?
Yaş fərqləri cütlüyün cinsi həyatına təsir edə bilər. Gənc kişi fiziki və emosional olaraq daha müxtəlif və gərgin münasibətə hazır,, yaşlı qadın isə daha təmkinli və ehtiyatlı ola bilər.
Bu da intim sferada münaqişələrə və anlaşılmazlıqlara səbəb ola bilər.
Bunu da psixoloq iddia edir.
...Ancaq bütün çətinliklərə baxmayaraq, gənc kişi ilə yaşlı qadın arasında sevgi mümkündür və xoşbəxt, lap elə ahəngdar da ola bilər.
Əsas hörmət, inam və güzəştə getmək istəyidir.
Həkim bunu əminliklə desə də, amma nə bilmək olar..?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə