“Körpənin ilk ağız dadı ana südü olmalıdır. Yəni ananın sağlamlığı imkan verirsə, südü normaldırsa körpəni ən az 6 ay ana südü ilə qidalandırmalıdır. Ana südü körpə üçün ən təhlükəsiz və faydalı qidadır”. Bu sözləri SİA-ya açıqlamasında qida mütəxəssisi Asim Vəliyev deyib.
Onun sözlərinə görə, daha sonra paralel olaraq ana südünü əvəz edən qidalar istifadə olunur:
“Qeyd etdiyiniz qidalar sənaye üsulu hazırlanır. Bu qidalar körpələr üçün xüsusi tərkibə malikdir. Zülal, yağ, karbohidrat balansı nəzərə alınır. Vitamin və minerallar əlavə edilir. Bu məhsullar düzgün istifadə olunarsa ümumiyyətlə təhlükəli sayılmır. Amma bəzi risklər mövcuddur. Birinci risk düzgün hazırlanmadıqda yaranır. Toz normadan artıq qatıldıqda problem olur. Az qatıldıqda isə körpə kifayət qədər qida almır.
Su qaynadılmadan istifadə edilərsə infeksiya riski artır. İkinci risk gigiyena ilə bağlıdır. Butulka və əmzik təmiz olmalıdır. Yaxşı yuyulmazsa mikroorqanizmlər çoxala bilir. Digər risk fərdi həssaslıqdır. Bəzi körpələrdə allergiya yarana bilər. Belə olduqda qaz, ishal və səpgilər müşahidə oluna bilir. Bu halda pediatra müraciət edilməlidir. Keçi südü əsaslı qarışıqlar da mövcuddur. Onlar da xüsusi emaldan keçir. Adi keçi südü ilə qarışdırmaq olmaz. Həmçinin ana südünü əvəz edən qidalar həkim məsləhəti ilə seçilməlidir. Yaşa uyğun məhsul seçmək vacibdir. Son istifadə tarixi mütləq yoxlanmalıdır. Körpələrə bəzi qidalar ümumiyyətlə verilməməlidir. Şəkərli qidalardan uzaq durmaq lazımdır. Şirniyyat dişlərə zərər verir. Piylənmə riskini artırır. Duzlu qidalar da təhlükəlidir. Körpənin böyrəkləri hələ zəifdir. Qızardılmış və yağlı yeməklər olmaz. Kolbasa və sosiska ən tərkibində duz və qatqılar çox olduğu üçün olmaz. Çiy yumurta və çiy süd verilməməlidir. Qoz, fındıq bütöv halda olmaz. Çünki boğulma riski yaradır. Qazlı və şirin içkilər birmənalı qadağandır. Körpənin qidası sadə və təmiz olmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB