Alzheimer xəstəliyi ilə mübarizə aparmağın yolu tapılıb..?

Yapon alimləri arginin amin turşusunun Alzheimer xəstəliyi ilə mübarizədə təsirli olduğunu sübut etdilər.

Maddə beyində demensiya ilə əlaqəli amiloid lövhələrini təmizləyir.

SİA-nın məlumatına görə, tədqiqat Neurochemistry International tərəfindən dərc edilib.

Arginin artıq tibbdə istifadə olunur və insanlarda klinik sınaqlara keçə bilər.

Əvvəllər bu amin turşusu sinə ağrısı və yüksək təzyiq üçün əlavə kimi istifadə olunurdu.

Məlum olub ki, arginin beyində Alzheimer xəstəliyində müşahidə olunan zərərli zülal yataqlarını təmizləyə bilər. ...Siçanların içməli suyuna arginin əlavə edilib və daha sonra onların beynində amiloid lövhələrinin azalması müşahidə edilib. Meyvə milçəkləri üzərində əlavə laboratoriya tədqiqatları aparılıb. Onlar arginin zülalın səhv qatlanmasının və demensiyanın əsas molekulyar əlaməti olan amiloid yataqlarının əmələ gəlməsinin qarşısını aldığını aşkar ediblər. Alimlər arginin artıq tibbdə istifadə olunduğunu vurğulayıblar.

Lakin insanlar üçün effektiv və təhlükəsiz dozanı müəyyən etmək üçün insanlarda klinik sınaqlara ehtiyac var.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə