Ən faydalı yuxu mövqeyi müəyyən edilib...

Düzgün yuxu mövqeyi bədənə çoxlu faydalar gətirəcək...

...Qidalanma mütəxəssisi Reme Navarro sol tərəfdə yatmağı tövsiyə edib, çünki bu, sağlamlıq üçün faydalıdır.

SİA-nın məlumatına görə, bu barədə 20minutos-a danışıb.

Navarro bu yuxu mövqeyinin üstünlüyünü qidanın həzm sistemindən keçməsinin asanlığı kimi göstərib.

Həkim onu ​​da qeyd edib ki, qaraciyər bu vəziyyətdə daha yaxşı işləyir.

...Ürək qanı sol tərəfə daha asan vurur. Bu ona görə baş verir ki, aşağı ətraflardan qan daşıyan əsas vena sağ tərəfdə yerləşir və sol tərəfdə yatmaq ona təzyiqi azaldır, qan axını asanlaşdırır, - mütəxəssis izah edib.

O, həmçinin ürək yanmasını aradan qaldırmağa kömək edə bilər.

Bu mövqe xüsusilə hamilə qadınlar üçün faydalıdır, çünki o, plasentaya qan axını yaxşılaşdırır və qaraciyər və böyrəklər üzərində təzyiqi azaldır, -deyə Navarro yekunlaşdırıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə