Pasiyent Nayma Mahmudovanın təşəkkür RƏYİ - VİDEO

Mərkəzi Gömrük Hospitalında müalicə alan pasiyent Nayma Mahmudova göstərilən yüksək səviyyəli tibbi xidmət, peşəkar yanaşma və səmimi münasibətə görə Hospitalın rəisi- Baş həkim Bəxtiyar Musayevə, müalicə prosesində xüsusi diqqət və qayğı göstərən Kardiologiya şöbəsinin yüksəkixtisaslı kardioloqu Günay Hətəmovaya, Reanimasiya və intensiv terapiya şöbəsinin anestezioloq-reanimatoloqu Xəyal Məmmədova və bütün tibbi personala göstərdikləri əvəzsiz əməyə görə minnətdarlığını ifadə edib. SİA xəbər verir ki, Nayma Mahmudova ona göstərilən diqqət və qayğını yüksək qiymətləndirib, burada çalışan tibb işçilərinin bilik və təcrübələri ilə yanaşı, pasiyentlərə olan həssas yanaşmalarının da təqdirəlayiq olduğunu vurğulayıb. Dəyərli pasiyentimiz Nayma Mahmudovaya keçmiş olsun deyir, ona sağlamlıq və xoşbəxt günlər arzulayırıq!

Bütün xəbərlər Facebook səhifəmizdə