“Həkimlərimizi tanıyın!” rubrikamızda Dr.Səidə Kərimovanı təqdim edirik

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə bilik və bacarığına görə, xəstələrə qayğı ilə yanaşmasına, mehribanlığına görə pasiyentlər arasında böyük hörmət və rəğbət qazanmış Fizioterapiya şöbəsinin rəisi, fizioterapevt-reabilitoloq Səidə Kərimovanı təqdim edirik. SİA xəbər verir ki, DR.SƏİDƏ KƏRİMOVA pasiyentlərdə vertebroloji, nevroloji reabilitasiyanı, ortopedik və neyrocərrahiyyə əməliyyatlardan sonra tibbi bərpa, ağrı sindromları, idman travmaları, pediatrik reabilitasiya, dayaq hərəkət, sinir, tənəffüs sisteminin xroniki, kəskin patologiyalarının müasir fizioterapevtik müalicəsini və reabilitasiyasını həyata keçirir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz:https://customshospital.az/seide-kerimova/

Avropada, ABŞ-da, İsrail və digər ölkələrdə skolioz xəstəliyinin müasir Schroth metodu ilə müalicəsi geniş istifadə olunur və Azərbaycanda bu müalicə üsulu ilk dəfə olaraq Mərkəzi Gömrük Hospitalında tətbiq olunub. Dr.Səidə Kərimova skolioz xəstəliyinin müasir Schroth metodu ilə müalicəsində 3D idman hərəkətlərindən, xüsusi tənəffüs texnikasından istifadə edərək istənilən yaşda olan pasiyentlərdə skoliozun dərəcəsinin azaldılmasını, normal duruşun bərpasını və yeni metodla müalicəsini həyata keçirir.

Dr.Səidə Kərimova 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil almış, 2007-2008-ci illərdə internatura keçmişdir. 2012-2016-cı illərdə Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda fizioterapiya və reabilitasiya üzrə rezidentura proqramını bitirmişdir.

Dr.Səidə Kərimova 2016-cı ildən Mərkəzi Gömrük Hospitalında fizioterapevt-reabilitoloq kimi fəaliyyətə başlamış, 2023-cü ildən isə Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsinin rəisi kimi fəaliyyət göstərir.

Dr. Səidə Kərimova daim öz üzərində çalışır, öz sahəsi üzrə Almaniya, İspaniya, İtaliya, Avstriyada kimi dünyanın bir sıra xarici ölkələrində keçirilən təlimlərdə iştirak edir, tibb elminin yeniliklərini, müasir texnologiyaları və qabaqcıl beynəlxalq təcrübəni xəstəliklərin müayinə və müalicəsində istifadə edir. O, 2011-ci ildə Almaniyanın Hamburq şəhərində Eppendorf Universitetinin Klinikasında təlim keçmiş, 2022-ci ildə Portuqaliya Respublikası, Lissabon şəhərində Fizioterapiya və Reabilitasiya üzrə 16-cı Dünya Konqresdə, həmin ildə Bakı şəhərində keçirilmiş “Ürək xəstələrində poliklinik reabilitasiya mərhələləri" mövzusunda təlimdə və digər müxtəlif elmi tədbirlərdə iştirak edib. Dr.Səidə Kərimovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Bütün xəbərlər Facebook səhifəmizdə