Bu elə də bir yenilik olmasa da,..mütəxəssislər bir daha yaxşı yuxunun fiziki və ruhi sağlamlıq üçün vacib olduğunu xatırladıblar.
SİA-nın əvvəllər də xatırlatdığı kimi, gecələr kifayət qədər keyfiyyətli istirahət etmədikdə, ürək-damar xəstəlikləri, depressiya və piylənmə riskini artırırsınız. Bundan əlavə, gecələr pis yatan insanlarda yaddaş problemi də yaranır.
Mütəxəssislərin fikrincə, böyüklər 7-9 saat, 12-18 yaş arası yeniyetmələr 8,5-9,5 saat, bir yaşdan üç yaşa qədər olan uşaqlar isə 12-14 saat yatmalıdırlar.
Mütəxəssislər həftə sonları da olsa, hər gün eyni vaxtda yatmağı və oyanmağı tövsiyə edir. Yatmazdan əvvəl otağı havalandırmalı, işıqları söndürməli, bütün cihazları çıxarmalı və vanna qəbul etməlisiniz.
...Və eyni zamanda, yatmazdan qısa müddət əvvəl axşam yeməyi yemək, həmçinin yataq otağında bədən tərbiyəsi və televizora baxmaq məsləhət deyil.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə