Biz onu hər gün yeyirik, amma...

...Beyni ciddi şəkildə zədələyən yalnız bir məhsulun adı var.

SİA-nın məlumatına görə, Lenta.ru yazır ki, bu barədə Almaniya Nevrologiya Cəmiyyəti və Alman Beyin Fondunun alimləri məlumat veriblər.

Mütəxəssislərin fikrincə, şəkər beyinə mənfi təsir göstərir. Alman Beyin Fondunun prezidenti Frank Erbqurtun təsdiq etdiyi kimi, bu məhsul beyni məhv edir.

Alimlər qeyd etdilər ki, yüksək qan şəkəri beynin qan damarlarını zədələyir və qan damarlarının divarlarında lövhələrin çökməsinə səbəb olur, qan axını azaldır və qida maddələrinin beyinə çatdırılmasını pozur.

Bu proses damar demansı və insult da daxil olmaqla müxtəlif problemlərə səbəb ola bilər.

Eyni zamanda Erbqurt qeyd edib ki, şəkər yalnız həddindən artıq istehlak edildikdə zəhərə çevrilir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə