Alkoqolun gənc sağlam insanların ürəyinə necə təsir etdiyi məlum olub

Münhen alimləri 200-dən çox kişi və qadının məlumatlarını təhlil ediblər

...Münhen Universitet Xəstəxanasının alimləri müntəzəm olaraq spirtli içki qəbul edən 200-dən çox gənc kişi və qadının məlumatlarını təhlil ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, onlar belə nəticəyə gəliblər ki, spirtli içki qəbul etmək, hətta sağlam gənclərdə də ürək döyüntüsünü dəqiqədə 100-dən çox artırır. “Klinik əhəmiyyətli aritmiya sağlam tədqiqat iştirakçılarının 5 faizdən çoxunda, əsasən bərpa mərhələsində baş verib. Kardioloji nöqteyi-nəzərdən, tədqiqat həddindən artıq spirt istehlakının sağlamlığa daha bir mənfi təsirini göstərib.

Alimlər qeyd ediblər ki, alkoqollu içkilər ürəyin fəaliyyətini kökündən poza bilər, aritmiyanın uzunmüddətli və zərərli nəticələrinə səbəb olar.

Federal Sağlamlıq Təhsili Mərkəzinin məlumatına görə, 18-25 yaşlı hər üçüncü Almaniya vətəndaşı müntəzəm olaraq pivə, şərab və ya spirtli içkilər içir.

12 yaşından 17 yaşa qədər olan yeniyetmələr arasında isə hər onuncu almandan biri alkoqol aludəçisidir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə