Vegetarianlıq və veqanizm nə üçün və kimlər üçün təhlükəlidir…

...Qastroenteroloq Lyudmila Suxorukova vegetarianizm və veqanizmin sağlamlıq üçün qorxulu nəticələri barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, bu cür qidalanma uşaqlar, hamilə qadınlar və xroniki xəstəlikləri olan insanlar üçün son dərəcə təhlükəlidir.

SİA-nın əldə etdiyi məlumata görə, mütəxxəssis RİA Novosti-yə müsahibəsində xəbərdarlıq edib ki, məhdud pəhriz orqanizmdə vacib elementlərin çatışmazlığına gətirib çıxarır.

...Əgər uşaq uşaqlıqdan vegetariandırsa, o, normal inkişafı üçün lazım olan bütün elementləri almır.

Bunu Suxorukova deyir.

Bir insanın gələcəkdə qarşılaşa biləcəyi problemlər arasında xroniki və otoimmün xəstəliklər, aşağı çəki, hətta sonsuzluq var.

Mütəxəssis mədəaltı vəzi, ürək, böyrək və ya qaraciyər kimi orqanlarında xroniki xəstəlikləri olan insanlara vegetarian olmamaq barədə xəbərdarlıq edib.

...Çünki bədəninizə zərər verə bilərsiniz.

Daha əvvəl bildirilmişdi ki, vegetarianlıq hətta genetik olaraq bütün insanlar üçün uyğun deyil.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə