Əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin və əlçatanlığının artırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. TƏBİB-dən SİA-ya verilən məlumata görə, yüksək səviyyədə təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsini təmin etmək məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları əhalinin məskunlaşması, tələbatı, stansiyaların geolokasiyasınəzərə alınaraq yenidən təşkil olunur.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən, ölkə üzrə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin stansiya və filiallarının yeni allokasiyaxəritəsi hazırlanır. Abşeron yarımadası üçün planlama işləri artıq yekunlaşıb. Əmrə əsasən, ehtiyac üzrə stansiya və filialların sayının artırılması nəzərə tutulub.
Həyata keçirilən təkmilləşdirmə işlərinin tərkib hissəsi olaraq, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Xəzər Təcili Tibbi Yardım Stansiyasının Binə qəsəbəsi üzrə ikinci filialı istifadəyə verilib.
Son illərdə Binə qəsəbəsi ərazisində artan əhali sayını nəzərə alaraq, eləcə də çağırışların vaxtında icrası məqsədilə yaradılan ikinci filial 24 saat ərzində çağırışlarüzrə vətəndaşları təcili və təxirəsalınmaz tibbi xidmətlərlətəmin edəcək.
Fuad Aynulov küçəsi 56 ünvanında istifadəyə verilən yeni filiala 2 ambulans təhkim olunub. Bununla da, Binə qəsəbəsi ərazisindəki 2 filial üzrə təcili tibbi yardım briqadalarının sayı 5-ə çatdırılıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Calalov yeni filialda yaradılan şəraitlə tanış olub.
Mərkəzin direktoru əhaliyə tibbi xidmətin yüksək şəkildə təşkili ilə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, təcili tibbi yardım xidməti - xüsusi hazırlıq keçən mütəxəssislərdən ibarət və müasir tibb avadanlıqları ilə təchiz olunmuş, əhaliyə xəstəxanayaqədərmərhələdə (hadisə yerində və təxliyə zamanı) təcili və təxirəsalınmaz tibbi yardım göstərən şəbəkədir.
Bütün xəbərlər Facebook səhifəmizdə