Mərkəzi Gömrük Hospitalında “Bbraun” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib
2 oktyabr 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalında “Bbraun” şirkətin nümayəndə heyəti ilə müasir tibbi texnologiyaları üzrə əməkdaşlığa dair görüş keçirilib. Görüşdə Mərkəzi Gömrük Hospitalının Baş həkimi-rəisi Bəxtiyar Musayev, rəis müavini Nabil Seyidov, Alqı-Satqı şöbəsinin rəisi Akif Əskərov, “Bbraun” şirkətinin Şərqi Avropada satış üzrə baş vitse-prezidenti Bert Bender, “Bbraun” şirkətinin şimal-şərq Avropada biznesin inkişafı üzrə baş menecer Mark Binder, “Aesculap” şirkətinin Şərqi Avropada satış üzrə vitse-prezidenti Alvaro Americano, Şərqi Avropada satış üzrə baş vitse-prezidenti “Omega” GMBH şirkətinin baş meneceri Doğan Cermik, “Genesis Biomedikal” MMC-nin direktoru Cem Cermik və digər rəsmi nümayəndələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Baş həkimi Bəxtiyar Musayev Mərkəzi Gömrük Hospitalının fəaliyyəti, İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində Hospitalda icra olunan əməliyyatlar, açıq ürək əməliyyatları, TAVİ müdaxiləsi, qaraciyər və böyrək transplantasiyası əməliyyatları, eləcə də xarici tərəfdaş olan Florence Nightingale Xəstəxanalar Qrupu ilə əməkdaşlıq imkanları barədə geniş məlumat verib.
Görüş zamanı Mərkəzi Gömrük Hospitalı və “Bbraun” şirkəti arasında mümkün əməkdaşlıq imkanları barədə geniş müzakirə həyata keçirilib. Daha sonra “Bbraun” şirkətinin nümayəndə heyəti Mərkəzi Gömrük Hospitalının Radiologiya, Kardiologiya, Reanimasiya, Təcili Tibbi Yardım və digər şöbələrində olub, orada aparılan müayinə və müalicə prosesi, ən müasir tibbi avadanlıqlar barədə ətraflı məlumatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə