Həkimlər ilk dəfə 1-ci tip şəkərli diabeti tam sağaldıblar…

…Çin alimləri ilk dəfə 1-ci tip şəkərli diabeti tamamilə müalicə ediblər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Knife” yazır ki, 11 il xəstəlikdən əziyyət çəkən xəstəyə müdaxilədən cəmi bir neçə ay sonra insulin iynəsi lazım olmayıb.

O, əvvəllər kriptogenik siroz üçün iki qaraciyər transplantasiyası, eləcə də qeyri-sabit qan qlükoza nəzarəti səbəbindən bütöv bir mədəaltı vəzi transplantasiyası keçirmişdi.

Həkimlər onun öz yağ toxumasından əldə etdiyi kök hüceyrələrdən istifadə ediblər. Daha sonra onlar insulin, qlükaqon və somatostatin istehsal edə bilən hüceyrələrdən ibarət greft yaradıblar.

Adacık hüceyrələri rektus abdominis əzələsinə yeridilib. Transplantasiyadan 75 gün sonra xəstə davamlı insulin müstəqilliyinə nail olub və qanda qlükoza səviyyəsi sabitləşib.

Alimlər gözləyirlər ki, gələcəkdə onların işləyib hazırladıqları metoddan geniş istifadə etmək mümkün olacaq, baxmayaraq ki, onun effektivliyi və təhlükəsizliyi ilə bağlı əlavə tədqiqatlar tələb olunacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə