Uzun müddət arıqlığı qorumağın yolu - oruc tutmaq…

Araşdırmada yeddi mindən çox könüllü iştirak edib...

...Barselona Qlobal Sağlamlıq İnstitutunun alimləri müəyyən ediblər ki, gecə orucu və erkən səhər yeməyi uzun müddətdə sağlam çəki saxlamağa kömək edir.

SİA-nın əldə etdiyi məlumata görə, tədqiqatın nəticələri “Journal of Behavioral Nutrition and Physical Activity” jurnalında dərc edilib.

Tədqiqatda Almaniyanın Trias və Pujol Tədqiqat İnstitutunun rəhbərlik etdiyi GCAT kohortundan - Həyat üçün Genomlar adlı layihədən 40-65 yaşlı yeddi mindən çox könüllü iştirak edib.

Deməli, 2018-ci ildə iştirakçılar çəki və boy, qidalanma vərdişləri, həyat tərzi və sosial-iqtisadi vəziyyətləri ilə bağlı sualları cavablandırıblar. 2023-cü ildə, yəni beş ildən sonra, üç mindən çox subyekt yeni anketləri doldurub.

…Alimlər iki xüsusi vərdişin uzun müddətdə aşağı bədən kütləsi indeksi ilə əlaqəli olduğunu aşkar etdilər.

Söhbət uzun bir gecə orucundan (axşam yeməkdən imtina) və erkən səhər yeməyindən gedir.

Elmi işin müəllifləri qeyd ediblər ki, əvvəlki tədqiqatların nəticələri də uzun gecəlik oruc və sağlam çəki arasında əlaqəni aşkar edib.

Alimlər bu qidalanma tərzinin insanın təbii sirkadiyalı ritmlərinə daha uyğun olduğunu irəli sürüblər.

Günün əvvəlində yemək və axşam yemək yeməmək sizə kaloriləri daha yaxşı yandırmağa və iştahınızı tənzimləməyə imkan verir və bununla da artıq çəkinin qarşısını alır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə