Niyə vaplar siqaretdən daha təhlükəlidir?

Həddindən artıq dozanın yüksək ehtimalı..?

...Vapinq zamanı bədənə daxil olan təhlükəli maddələrin dozasını idarə etmək çox çətindir, buna görə də nikotinin həddindən artıq dozası ehtimalı yüksəkdir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Lenta.ru-ya psixiatriya və narkoloji klinikanın rəhbəri, psixiatr və narkoloq Ruslan İsayev məlumat verib.

…Təhlükəli maddələrin, o cümlədən nikotinin həddindən artıq dozası başgicəllənmə, qan təzyiqinin aşağı düşməsi, ürəkbulanma, qusma, bradikardiya və taxikardiyaya səbəb olur. Bütün yuxarıda qeyd olunanların nəticəsində insan əzələ disfunksiyası, nitqdə çətinlik, hətta qıcolmalar və huşunu itirə bilər, - mütəxəssis qeyd edib.

Vaplarda həmçinin qliserin və propilen qlikol var, qızdırıldıqda formaldehid və akroleinə çevrilir. Və bu birləşmələr xərçəngə səbəb ola bilər.

Ucuz mayelərdə tez-tez tərkibi müəyyən etmək çətindir, bu da problemdir.

…İstənilən aerozollar asılılıq yarada bilər, çünki onların demək olar ki, hamısında nikotin var.

Bunu da narkoloq deyir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə