Səhərlər günəşdə gəzmək yuxunun keyfiyyətini artırır

Uzun və sağlam yuxu ilə günəşdə səhər gəzintiləri arasında əlaqə tapıldı. Alimlər günəş işığının müsbət təsirini 18-80 yaşlı 100-dən çox insanın iştirak etdiyi yeni təcrübədə öyrəniblər.

SİA xəbər verir ki, mütəxəssislərin nəticələrini endokrinoloq Zuxra Pavlova qiymətləndirib.

Onun sözlərinə görə, günün birinci hissəsini çöldə keçirən insanlar axşam saatlarında daha tez yuxuya gedib, daha uzun və sağlam yatıblar.

Güman edilir ki, çölə çıxmaq bioloji saata vaxtı düzgün hesablamağa və kifayət qədər melatonin istehsalını tənzimləməyə kömək edir.

Pavlova bunu Telegram kanalında izah edib.

…Bundan əlavə, yuxunun keyfiyyətini yaxşılaşdırmaq üçün o, ruslara bir sıra sadə qaydalara riayət etməyi təklif edib. Belə ki, həkim insanları yatmazdan qısa müddət əvvəl qadcetlərdən istifadə etməkdən çəkinməyə çağırıb.

O, həmçinin yataq otağında pərdələri daha möhkəm bağlamağı, gecələr çox yeməməyi və axşam saat 23-dən gec olmayaraq yatmağı tövsiyə edir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə