Dünyada hər üç uşaqdan ən azı biri miopiyadır

Dünyada hər üç uşaqdan ən azı biri miopiyadır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Çində bununla bağlı geniş araşdırma aparılıb.

Çinin Sun Yat-Sen Universitetinin alimləri tərəfindən aparılan araşdırma çərçivəsində müxtəlif qitələrdə 50 ölkədən 5 milyondan çox uşaq və gəncin uzaqgörmə səviyyələri araşdırılıb. Müayinə nəticəsində tədqiqatçılar müəyyənləşdiriblər ki, hər 3 uşaqdan ən azı biri miopiyadır. Bu nisbətin zamanla artacağını bildirən tədqiqatçılar, 2050-ci ilə qədər təxminən 740 milyon uşaq və gəncin miopiya ola biləcəyi qənaətinə gəliblər. 1990-2023-cü illər arasında miopiyanın üç dəfə artaraq 36 faizə çatıb. Alimlər, COVID-19 pandemiyasında qapalı məkanda çox vaxt keçirildiyindən bu göz qüsurunun artdığına diqqət çəkiblər. Uzun müddət ekran qarşısında qalmanın miopiya riskini artırdığını ifadə edən tədqiqatçılar, oğlanlara nisbətən çöldə daha az vaxt keçirən qızların evdə “telefon ekranına yaxın məsafədən baxmağı tələb edən fəaliyyətlərlə” məşğul olduqlarını vurğulayıblar. Tədqiqatçılar bu vəziyyətə görə, miopiyanın qızlarda oğlanlara nisbətən daha çox təsbit edildiyini bildiriblər. Bildirilib ki, miopiyanın gələcəkdə qlobal sağlamlıq probleminə çevrilə biləcəyini qəbul etmək çox vacibdir.

Araşdırma “British Journal of Ophthalmology”də dərc olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə