Çayı immunitet sistemi üçün faydalı içkiyə necə çevirmək olar?

Bu arada diyetoloq Yelena Solomatina çay dəmlərkən ona itburnu, çaytikanı və zəncəfil əlavə etməyi təklif edib.

Çayın özü yüksək miqdarda antioksidant olduğu üçün faydalıdır, lakin bəzi təbii əlavələr bədənə əlavə faydalar verə bilər.

Belə ki, tərkibində C vitamini olan itburnu immunitet sistemini gücləndirmək üçün faydalıdır, çaytikanı isə beta-karotinlə də zəngindir.

Öz növbəsində zəncəfil qan dövranını sürətləndirir, həzmi yaxşılaşdırır və bakterisid xüsusiyyətlərə malikdir.

…Bu olduqca vacibdir, çünki yalnız yaxşı parçalanan faydalı komponentlər qana sorulur,- deyə Solomatina "Moskva 24" telekanalına müsahibəsində deyib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə